Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentin sədri seçilib
Tehran, 26 may, AZƏRTAC
Məhəmməd Bağır Qalibaf yenidən İran İslam Şurası Məclisinin (parlamentin) sədri seçilib.
AZƏRTAC xəbər verir ki, İran qanunlarına əsasən, parlament seçkiləri dörd ildən bir keçirilir. Lakin parlament hər il sədrin fəaliyyətini qiymətləndirir və yeni sədr seçkiləri keçirir. Qeyd edək ki, 290 nəfərlik parlamentdə 230 səs toplayan M.B.Qalibaf yenidən parlamentin sədri seçilib.
M.B.Qalibaf İranın nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı, Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin rəisi, Tehran şəhərinin meri vəzifələrində çalışıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]