Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir

Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə institutun direktoru, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli Sərəncamını xatırlatmış, görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açmışdır. Bildirilmişdir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri olmuşdur.

Y.Mahmudov AXC-nin tarixinə nəzər salmış, M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışmışdır. Nəzərə çatdırılmışdır ki, çoxəsrlik dövlətçilik tariximizdə AXC-nin müstəsna yeri və rolu vardır. M.Ə.Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi bizim o zamankı milli mücahidlərimiz Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazmışlar. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilmişdir. Milli istiqlalçılarımızın səyləri nəticəsində yeni dövlətçilik ənənələrimiz dirçəlməyə başlamış, türk islam dünyasında ilk demokratik parlament formalaşmış, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilmişdir. 1918-ci il mayın 28-də Tbilisidə - keçmiş Qafqaz canişininin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilmiş və uzun müzakirədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi qəbul edilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə.Rəsulzadənin xüsusi xidmətləri olmuş, görkəmli ictimai-siyasi xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini İran, Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirmişdir.

Y.Mahmudov M.Ə.Rəsulzadəni dövlətçilik ənənələrinə sadiq ideoloq, məfkurəçi, ictimai-siyasi xadim, publisist kimi xarakterizə etmiş, onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını xatırlatmışdır.

Diqqətə çatdırılmışdır ki, ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlanmış və onun təkmilləşdirilməsi istiqamətində mühüm işlər gedir. Yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaqdır.

Qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin daha dərindən öyrənilməsi üçün AMEA-nın Tarix institutunda şöbə yaradılmış, bu istiqamətdə Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan çoxlu sənədlər gətirilmişdir.

Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı “XX əsrin əvvəllərində M.Ə.Rəsulzadənin siyasi baxışlarının formalaşması”, “M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi”, “M.Ə.Rəsulzadənin parlament fəaliyyəti” və s. mövzularda məruzələr dinlənilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər

Regionda davamlı sülhün qurulması üçün hadisələrə tarixi kontekst çərçivəsində yanaşmaq vacibdir - ŞƏRH

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans

FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb

Məhkumlara hüquqi yardım göstərilib

Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq

Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH

BDU-da “Azərbaycan” auditoriyası açılıb

AFFA Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziya verilən klubların siyahısını açıqlayıb

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümyəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar VİDEO

Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir

Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb

Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

SOCAR: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyası xüsusi yer tutur

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

“İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında” 6 №-li illik statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 11 dekabr tarixli 51/01 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq

Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq

Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum

“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində

Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub

Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır

ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb

Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ

Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bolqarıstanda yeni hökumət formalaşıb

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium

AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Əl Ərəbiyə”: Səudiyyə Ərəbistanı hücum hərbi əməliyyatları üçün öz hava məkanından istifadəyə icazə verməyib

Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir

® “AccessBank” “AmCham” və “Neurotime” süni intellekt hakatonu təşkil edir

Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH

Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Xınalıqda yenə qar yağır - FOTO  VİDEO

Xınalıqda yenə qar yağır - FOTO VİDEO

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

Naxçıvanda Ümummilli Liderin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır

® “Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

Marko Rubio: ABŞ İrandan bu gün cavab alacağını gözləyir

Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar

Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

® “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Şabranda vətəndaşların müraciətləri dinlənilib

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium

İctimai Birlik sədri: Yağış sularından yaşıllıqların suvarılmasında istifadə edilməsi səmərəli olar

ABŞ iraqlı məmuru İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edir

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Siyəzəndə sahibkarlar dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Veteranlar arasında minifutbol turnirinə yekun vurulub

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib VİDEO

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib VİDEO