Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Vəliyeva: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” birliyinin hüquqi ifadəsidir

Mehriban Vəliyeva: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” birliyinin hüquqi ifadəsidir

Bakı, 19 iyun, AZƏRTAC

Olduqca böyük tarixi əhəmiyyət kəsb edən yaşadığımız günlərin mahiyyətini ifadə etmək baxımından “Tarix təkrar olunur” deyimi uğurlu seçim kimi qəbul oluna bilər. 1993-cü il iyunun 15-i Azərbaycanın siyasi tarixinə xalqın qurtuluşu, vətəndaş müharibəsi, parçalanmaq, müstəqilliyini itirməkdən xilas günü olaraq düşdüyü kimi, 28 il sonra - 2021-ci ilin eyni günü daha bir əlamətdar tarixlə təqvimə yazıldı. Şuşa Bəyannaməsinin imzalanması, iki qardaş ölkənin olduqca həssas məzmunlu və dərin siyasi əhəmiyyət kəsb edən müddəalarla çıxış etməsi hər birimizə sonsuz qürur hissi yaşadır.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, adı çəkiləndə ürəyimizin, səsimizin titrədiyi cənnət Şuşamızda imzalanan möhtəşəm tarixi sənədlə dünya Azərbaycanın regiondakı roluna bir daha şahidlik etdi. Azərbaycan dövləti paytaxt Bakıda deyil, məhz Qarabağda, bizim üçün mənəvi dəyəri böyük olan Şuşada qardaş dövlətin liderini qarşılamaqla işğaldan azad olunmuş ərazilərimizin mənəvi çəkisini, ölkəmizin ictimai-siyasi həyatındakı rolunu göstərmiş oldu. Bu, Vətən müharibəsinin başlandığı ilk gündən və ilk saatlardan Azərbaycanın yanında olan, siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə dövləti başçısının qarşılanması idi. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə liderləri bu dəfə Zəfərin qazanıldığı torpaqlarda müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. Bu tarix, həm də ona görə rəmzi məna daşıyırdı ki, Zəngəzur üçün çox vacib hesab edilən Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edirdi.

Dövlətimizin başçısının Bəyannamənin imzalanma mərasimində çıxışı zamanı Qars müqaviləsini yada salması da təsadüfi deyildi. Prezident İlham Əliyev “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur”, - deyərkən bu müttəfiqlik Bəyannaməsinin nə dərəcədə siyasi, mənəvi və tarixi əhəmiyyət daşıdığının mahiyyətinə diqqəti çəkirdi. Birgə Bəyannamənin hər iki qardaş ölkə əlaqələrini ən yüksək zirvəyə qaldırdığını deyən Prezident İlham Əliyev qeyd edib: “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

M.Vəliyeva qeyd edib ki, həqiqətən də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi bu vaxta qədər iki qardaş ölkə arasında bütün sahələrdə həyata keçirilən birgə əməkdaşlığı, işbirliyini ən yüksək müstəviyə daşıdı. Siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində fəaliyyətlərin təşviq edilməsi birgə milli mənafelər baxımından xüsusi əhəmiyyətə malikdir. Dünyada çox dövlətlər var ki, bir-biri ilə yaxın strateji müttəfiqdirlər, lakin Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq münasibətləri nadir bir müttəfiqlik nümunəsidir desək, səhv etmərik. Bu da təsadüfi deyil. Çünki bu münasibətlərin tarixi qədim köklərə dayanır. İki qardaş, dost ölkəni birləşdirən saysız-hesabsız mənəvi bağlar, çox mühüm amillər var. Mədəniyyətimiz, adət-ənənələrimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz o qədər bir-birinə yaxın, bağlıdır ki, bu bağlar tarixin ən çətin sınaqlarında belə qopmadı. Sovetlər dönəmində aramıza çəkilən dəmir pərdələr də Azərbaycan-Türkiyə sevgisinin önünə keçə bilmədi. Bu sevgi bir-birimizə olan qardaşlığı, təəssübkeşliyi təmin etdi. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamının, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzalanma mərasimi zamanı dediyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” mesajının ifadə etdiyi Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə yeni, daha parlaq bir mərhələyə qədəm qoydu.

"Həm Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, həm də imzalanan Şuşa Bəyannaməsi, əslində Ermənistana və onun havadarlarına, həmçinin illərdir bölgədə sülhün təmin olunmamasında maraqlı olan qüvvələrə verilmiş bir mesaj idi. Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması işinə hər iki ölkənin imkanlarının səfərbər ediləcəyini də rəsmən təsdiq edən bu tarixi sənəd regionda yenidən qarışıqlıq yaratmaq istəyən bəzi dövlətlərə acıq-aşkar bəyan etdi ki, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, onlardan hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı üçüncü dövlət tərəfindən təhdid və yaxud təcavüz olacağı təqdirdə bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bu Bəyannamənin digər bir diqqət çəkən məqamı imzalanma mərasiminin seçildiyi məkan idi. Arxa fonda sərgilənən tablo erməni vəhşiliyini bütün dünyaya göstərdi. Barbar ermənilərin 30 ilə yaxın əsarətdə saxladığı şəhərləri, kəndləri, tarixi abidələri necə viran qoyduğunu əks etdirən o mənzərə bütün dünyanı həqiqətləri görməyə dəvət etdi. Şuşanın dağıdılmış tarixi abidələri fonunda imzalanan Bəyannamə, əslində Ermənistanın revanşist qüvvələrinin ifşası, həmçinin onlarının havadarlarına Azərbaycanın Zəfərini qəbul etməyə bir çağırış idi. Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin söylədiyi, “Şuşa, sən azadsan, biz səni yenidən quracağıq, səni dirçəldəcəyik!” fikirlərinin dünya ictimaiyyəti qarşısında təsdiqi idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı artıq Şuşadadır, Şuşa yenidən qurulur, Şuşaya yeni nəfəs gəlir, Şuşanın əvvəlki növrağı özünə qayıdır və Şuşa mühüm tarixi sənədlərin imzalanmasına ev sahibliyi edir. Tarixi Zəfərimizdə ümumxalq birliyinin danılmaz rolu olduğu kimi, Qələbəmizdən sonrakı müddətdə də həmrəyliyimizi möhkəmləndirməyimiz mühüm əhəmiyyət kəsb edir. Qarabağda qazanılan Zəfərdən qısa müddət sonra iki qardaş və dost ölkənin lideri arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri də böyük tarixi sənəd olaraq dəyərləndirərək birgə bəyanat yaydılar. 48 partiya rəhbərinin imzaladığı bəyanatda qeyd olunur ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar qədim mədəniyyət beşiyi olan Şuşada iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyəti baxımından vacib sənəd kimi qiymətləndirir. Bütün bunlar Vətən müharibəsindəki Zəfərimizin milli birliyimizin daha da möhkəmləndirilməsinə əlavə təkan verdiyini göstərən bariz nümunələrdəndir. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” mənəvi birliyinin hüquqi müstəvidə möhkəmləndirilməsi və rəsmi ifadəsi kimi də səciyyələndirilə bilər. İki qardaş ölkənin ümumi maraqlarının qorunması yolunda imkanların səfərbər edilməsinin məntiqi nəticəsi olaraq imzalanan bu sənəd ölkələrimizin regional və beynəlxalq müstəvidə rolunun daha da artmasına imkan yaradacaq. Prezident İlham Əliyevin də dediyi kimi, “Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”,- deyə Mehriban Vəliyeva bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində