“Məkkə bəyannaməsi: Nailiyyətlər və perspektivlər” mövzusunda simpozium keçirilib
Qahirə, 22 may, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) və Müsəlman Dünyası Liqasının birgə keçirdikləri “Məkkə bəyannaməsi: Nailiyyətlər və perspektivlər” mövzusunda simpoziumda İslam aləminin qarşısında duran vəzifələr müzakirə olunub.
ICESCO-nun Baş qərargahından AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa müxtəlif dinlər arasında tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ edən bu sənədi 139 ölkədən 1200 tanınmış ilahiyyatçı alim və 27 İlahiyyat İnstitutunun imzaladığını, Məkkə Bəyannaməsinin ümumbəşəri dəyərlərə töhfə olduğunu bildiriblər.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ilahiyyatçı alimləri və ictimai-siyasi xadimləri postpandemiya dövründə müsəlman aləminin qarşısında duran vəzifələrdən ətraflı bəhs ediblər.
Xatırladaq ki, 2019-cu il mayın 31-də Məkkədə keçirilmiş Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamənin 34 və 35-ci bəndlərində həm də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:43]
Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
- 14.10.2026 [16:03]
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]