Meksika ABŞ-ın rüsumlarına cavab verməyə hazırdır
Bakı, 2 aprel, AZƏRTAC
Mexiko ABŞ hökumətinin Meksika məhsullarına aprelin 2-dən tətbiq etməyi planlaşdırdığı rüsumlara cavab verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum bunu Milli Sarayda keçirilən mətbuat konfransında deyib.
“Meksika ABŞ tariflərinə cavab verməyə hazırdır. Biz müxtəlif tədbirləri gücləndirmək üçün həftədə iki-üç dəfə hökumət və biznes ekspertlərindən ibarət komanda ilə görüşürük”, - deyə Klaudiya Şeynbaum bildirib.
Meksika xalqını və onların iş yerlərini qorumağa çalışdıqlarını deyən Prezident, cavab tədbirlərinin problemi həll etmədiyini vurğulayıb: “Biz Birləşmiş Ştatlarla qarşıdurma haqqında deyil, iqtisadiyyatımızı gücləndirmək barədə düşünürük”.
Klaudiya Şeynbaum Meksika iqtisadiyyatının ABŞ-la sıx inteqrasiya olunduğunu və Vaşinqtonla dialoqun hələ də davam etdiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]