Meksika körfəzindəki neft platformasında güclü yanğın baş verib
Bakı, 7 iyul, AZƏRTAC
Meksika körfəzindəki Cantarell yatağında “Pemex-in Nohoch-A” neft platformasının iki bölümündə güclü yanğın baş verib.
AZƏRTAC Meksikanın “Linea Directa” portalına istinadla xəbər verir ki, platformanın “Nohoch-A Compression” və “Nohoch-A Enlace” bölmələrində baş verən yanğından dərhal sonra heyət təxliyə edilib.
“Tribuna Campeche” xəbər verir ki, platformada yanğın partlayışdan sonra daha da güclənib. Partlayış zamanı 180 işçidən 5-i yaralanıb.
Yatağın platformalarında, ümumilikdə, 5 mindən çox insan işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]