Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı, məktəbəqədər təhsil müəssisələrində isə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 30-34 bal aralığında nəticə göstərən namizədlər müsahibəyə cəlb olunacaqlar.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 26-dan dekabrın 4-ü saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər. Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.
Namizədlərin məlumatları yoxlandıqdan sonra uyğun namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat qeydiyyatdan keçdikləri mobil telefona SMS vasitəsilə göndəriləcək.
Müsahibəni uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:57]
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]