Azərbaycan Dövlət İnformasiya Agentliyi

Memarlıq və velosiped: Bakıdan Kopenhagenə baxış – müsahibə

Bakı, 20 iyul, AZƏRTAC

Bir neçə gün öncə Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva və Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə, Ayməsey Qafarzadə, Ramid Səlimov təmsil ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 135 ölkədən 6000-dən çox iştirakçının qatıldığı konqresdə tanınmış tədqiqatçılar və elm adamları iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq və sosial inklüzivliyin təşviqi üçün yeni memarlıq həlləri, dizayn yollarını axtarıblar.

Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində müəllim və tələbələrin təmsil olunması Azərbaycanın memarlıq üzrə təhsil sferasına necə təsir edəcək? Mövzu ilə bağlı konqresdə iştirak edən tələbələr təəssüratlarını bölüşüblər.

Ramid Səlimov: Konqres çox maraqlı təşkil olunmuşdu. Orada Anna Dison, Billi Fleminq, Hans Yoaxim Şelnhuber, Karlos Moreno və digər məşhur memarlar çıxış etdilər. Mənim üçün ən maraqlı və yadda qalan Bjarke İngelsin çıxışı idi. Onun düşüncələri mənim üçün faydalı və informativ xarakter daşıyırdı. Məsələn, onun fikrincə, memarlar dəbi keçmiş qalıqlara uyğunlaşmaq üçün özlərini məcbur etmək əvəzinə, keçmişə istinad edib həqiqətən yaşamaq istədiyimiz yerlər yaratmağı bacarmalıdırlar. Bjarke İngelsin digər bir maraqlı fikri isə bu oldu ki, memarlıq yalnız xüsusi bir qrup üçün deyil, hamı üçün olmalıdır. Dizaynerlər təcrid olunmuş bir sənət növü kimi mövcud olmaqdansa, cəmiyyət üçün faydalı əsərlər yaratmağı bacarmalıdırlar.

Jalə Abuşova: Konqres çox yüksək səviyyədə təşkil olunmuşdu. Maraqlı mühazirələr, sərgilər - hamısı möhtəşəm idi. İnsanlar interaktiv şəkildə iştirak etdilər. Fikrimcə, bu səfər zamanı gördüklərimiz, öyrəndiklərimiz həm mənim, həm yoldaşlarımın gələcək fəaliyyətinə təsirsiz ötüşməyəcək.

Leyli Əfəndiyeva: Bizə deyiləndə ki, belə bir konqres olacaq və müəyyən tələbələr aparılacaq, mən maraqlanmağa başladım. Öyrəndim ki, konqresin ilk spikeri mənim ən sevdiyim memar Bjarke İngels olacaq. Onu canlı izləmək və dinləmək çox xoş idi, biz hətta onun kitabını da aldıq.

Jalə Abuşova: Konqresdə iştirak etmək hüququnu qazanmaq çətin oldu. Müraciət edənlər çox idi. Tələbələr arasından ortalama balı yüksək olanlar seçildi. Daha sonra ingilis dilində müsahibə təşkil olundu. Müsahibədə beynəlxalq təcrübənin hansı səviyyədə olması, konqresdə iştirak etmə istəyimizin səbəbi və s. kimi suallar verildi.

Ayməsey Qafarzadə: Mən bu tədbiri çoxdan gözləyirdim, eşidəndə ki, bizim üçün konqresdə iştirak etmək şansı yaranıb, bu, məni çox sevindirdi. Nə yaxşı ki, belə bir beynəlxalq konqresdə iştirak etmək hüququ qazandım. Konqresdə diqqətimi çəkən “Leave No One Behind” şüarı idi. Bu şüar əslində bütün şəhərlərdə, yaşayış məntəqələrində artan, xüsusən də iqlim və münaqişə böhranları nəticəsində yaranan mövcud bərabərsizlik problemlərinə diqqət çəkir.

Diqqətimi cəlb edən çıxışlardan biri isə Hans Yoaxim Şelnhuberin ekologiya ilə bağlı çıxışı oldu. O, qlobal istiləşmədən danışdı. Bildirdi ki, qlobal istiləşmə ildən-ilə artır. Dünya statistikasına görə, bu il temperatur 4 dərəcə yüksəlib, əslində bu çox böyük bir rəqəmdir. Bir dərəcə temperaturun böyük artımı kimi görünməyə bilər, lakin minlərlə insan üçün bu, həyat və ölüm arasındakı fərqdir. Əslində insanların çoxu bu haqda fikirləşmir, ancaq memarlığın da bu məsələyə çox böyük təsiri var. Bu səbəbdən memarlıqda davamlılığı təmin etmək lazımdır. Beləliklə, dizaynda enerji və resurs səmərəliliyi ön plana çıxır. Tikinti xərcləri ən aşağı, enerji və resurs səmərəliliyi ən yüksək səviyyədə saxlanılmalıdır. Materialın isə uzun müddət yararlı vəziyyətdə qalması ön planda tutularaq dizayn edilməlidir.

AzMİU-nun müəllimi Fərid Kərimov: Çox gəzən çox görər, çox bilər. Memarlıq elə bir sahədir ki, burada görmək, gəzmək çox önəm daşıyır. Bunlar hər biri memarın işində özünü göstərir. Bu nüansları nəzərə alsaq, konqresin əhəmiyyəti biz memarlar üçün çox böyükdür. Bizim müəllim heyətinin konqresdə əldə etdiyi bilikləri sonra gəlib tələbələrə çatdırması çox vacib bir məsələdir. Bu baxımdan AzMİU rəhbərliyinə təşəkkürümü bildirirəm ki, müəllim və tələbələrimizin orada iştirakını təmin etdi. Digər tərəfdən, orada yer alan panel çıxışlar həddən artıq maraqlı idi. Toxunulan mövzular günümüzlə səsləşir, memarlığın bir çox sahələrlə birgə inkişaf etdirilməsi məsələlərinə toxunulurdu. Məndən öncə də tələbələrimiz bu barədə danışdılar. Panel çıxışlar, konqresin mövzuları həddən artıq çox idi. Panel çıxışlar paralel şəkildə getdiyindən biz hamısında iştirak edə bilməsək də bacardığımız qədər qatılmağa çalışdıq. Əlavə olaraq konqresin təşkil etdiyi turlar var idi. Biz onun birində iştirak edə bildik.

Tələbələrimizlə birgə Danimarka memarlıq və dizayn muzeylərində olduq. Tarixi abidələri, tarixi məkanları gəzdik, bunlar tələbələrimiz üçün maraqlı idi. Bu bizim gələcək fəaliyyətimizdə mühüm əhəmiyyət kəsb edə bilər. Bir müəllim kimi tələbələrlə bir yerdə bu səfərdə olmağım xoş duyğular yaratdı. Tələbələrimizin konqresdə iştirakından razı qaldım. Onlar çalışdılar ki, bu fürsətdən maksimum yararlansınlar, daha çox görsünlər, bilik əldə etsinlər, öz sahələrində olan yenilikləri öyrənsinlər. İnanıram ki, konqres tələbələrimizin öz sahələrində bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli rol oynadı. Düşünürəm ki, tələbələrimiz orada gördüklərini, müşahidə etdiklərini öz qrup yoldaşları, memar dostları ilə də bölüşəcəklər. Onlar üçün bunun böyük faydası olacaq.

Konqresdə müzakirə olunan məsələlərdən nələr daha çox diqqətinizi cəlb etdi? Sizcə, Bakıda müasir memarlıq adı altında nələr etmək olar?

Ayməsey Qafarzadə: Biz Kopenhagendə hava limanından çıxanda havanın çox təmiz olduğunu müşahidə etdik. Bu mənə çox maraqlı gəldi. Öyrəndim ki, əsas səbəb bütün nəqliyyat vasitələrinin - maşınlar, tramvaylar və metroların elektriklə işləməsidir. Fabriklərin hamısında filtrlər var. Həmin fabriklər atmosferə karbon ötürmür. Sevinirəm ki, bu texnologiya hazırda ölkəmizdə də var. “Təmiz Şəhər”in Balaxanıda açdığı və yüksək texnologiyalarla işləyən fabrikləri Danimarkadakı fabriklərlə eyni prinsiplə işləyir.

Leyli Əfəndiyeva: Dayanıqlılıq, davamlılıq önəmli bir mövzudur. Tək memarlıqda deyil ümumilikdə bütün sahələrdə. Çünki hazırda dünyanın üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. Dayanıqlılıq bununla mübarizə aparan əsas üsullardandır. Biz öyrəndik ki, daha çox dayanıqlılığı memarlıqda tətbiq etmək lazımdır. Bunun üçün daha az enerji sərfiyyatlı inşaat məmulatlarından istifadə etmək vacibdir.

AzMİU-nun müəllimi Fərid Kərimov: Velosipedləri unutmaq olmaz, velosipedlərdən istifadə artıq dövlətin bir siyasətinə çevrilib. Konqresdə də qeyd edildi, 1960-cı il Kopenhagen şəhəri və bugünkü Kopenhagenin şəkilləri yan-yana qoyuldu. Eyni küçənin vəziyyəti gözlər önünə gətirildi. Neçə illərin siyasəti nəticəsində həmin küçələr bu gün boşalıb. Maşınları velosipedlər əvəz edir. Ekologiyanı qorumaq məqsədilə velosipedlər üçün cığırlar yaradılır, məkanlar ayrılır, hər kəs üz tutduğu məkana velosipedlə gedir. Hava təmizlənir, yol boşalır, insanlar təmiz hava mühitində yaşayır.

Ramid Səlimov: Şəhəri gəzəndə gördük ki, bu prosesə tək memarlar və bu sahədə işlər aparan şəxslər deyil, bürün insanlar öz töhfəsini verir. Onlar da tullantıları təmizləyir, tullantılardan nəsə dizayn etməyə çalışır. Bunu görmək bir turist kimi məni sevindirdi. Onlar bu yolla dünyaya təbiəti qoruyaq, memarlığı qoruyaq mesajı ötürürdülər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib