Məmmədəli Mehdiyev: Qızıl medalı əldən verdiyimə görə təəssüflənirəm
Bakı, 12 may, Leyla Qurbanova, AZƏRTAC
Ən çətin döyüşüm finalda serbiyalı idmançı ilə oldu. Qızıl medalı əldən verdiyimə görə təəssüflənirəm. Rəqibim təcrübəli idmançıdır. Bu o demək deyil ki, mən ona qalib gələ bilməyəcəyəm. Qarşıda təlim-məşqlər var. Yarışda buraxdığım səhvlər üzərində işləyib ustalığımı artırmalıyam. Əminəm ki, növbəti yarışlarda onun öhdəsindən gələ bilərəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş medal qazanan Məmmədəli Mehdiyev (90 kq) deyib.
İdmançı qeyd edib ki, ikinci Avropa Oyunlarına qədər təlim-məşqləri davam etdirəcək: "İkinci Avropa Oyunlarına qədər təlim-məşqləri davam etdirib hazırlığımı artıracağam. Arzum Avropa Oyunlarının qalibi olmaqdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]