Mərakeşli gənclərin BANM-də təhsil imkanları müzakirə edilib
Bakı,4 aprel, AZƏRTAC
Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımovla keçirilən görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları, o cümlədən təqaüd proqramları və mərakeşli gənclərin BANM-də təhsil alma imkanları müzakirə edilib.
Qonaq BANM-in təhsil infrastrukturu və innovativ yanaşmalarla tanış olub.