Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi konfrans təşkil edir
Bakı, 18 iyul, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu müəssisənin 100 illiyinə həsr olunan “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransın işi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” istiqamətləri üzrə planlaşdırılır.
Tezislər oktyabrın 20-dək qəbul ediləcək.
Məqalələr [email protected] ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
Konfrans materialları jurnal şəklində nəşr olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]