Metrologiya İnstitutunun nəzdində qurulması planlaşdırılan laboratoriyalarla bağlı müzakirələr aparılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində olub. Səfər çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK ÜME) görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə milli etalon bazasının təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nəzdində qurulması planlaşdırılan laboratoriyalarla bağlı müzakirələr aparılıb. Bildirilib ki, institutlar arasında həyata keçirilən bu layihə metrologiya sahəsində ölçmə imkanlarının artırılmasına və müxtəlif sahələrdə dəqiq ölçmələrin icra olunmasına töhfə verəcək. Eyni zamanda, tərəflər arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub.
Səfər çərçivəsində İMEM-in nümayəndə heyəti TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən müasir laboratoriyalarla da tanış olub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun nəzdində laboratoriyaların yaradılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]