Mikayıl Cabbarov dünya çempionatında tarixi uğura imza atan güləşçiləri təbrik edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Belqradda keçirilmiş güləş üzrə dünya çempionatında milli komandamız tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında yazıb.
O, idmançılara qazandıqları uğura görə minnətdarlığını bildirib: “Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]