“Milan” futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək
Bakı, 30 mart, AZƏRTAC
İtaliyanın “Milan” klubu futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək.
AZƏRTAC xəbər verir ki, hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılacaq. Otuz altı yaşlı futbolçu ilinə 3,8 milyon avro maaş və bonuslar alacaq.
Fransa milli komandasının hücumçusu cari mövsüm İtaliya A seriyasında 24 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Jirunun hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
Futbolçu Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]