Milandakı qocalar evində yanğın nəticəsində altı nəfər həlak olub
Bakı, 7 iyul, AZƏRTAC
Milanda qocalar evində baş verən yanğın ən azı altı nəfərin həyatına son qoyub, 81 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, gecə yarısında baş verən yanğını yalnız səhər saatlarında söndürmək mümkün olub.
Ölənlərdən beşi qadın, biri isə kişidir. Həkimlər xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyətini ağır qiymətləndirir. Yanğın zamanı üçmərtəbəli qocalar evində 160 nəfər olub.
İtaliyanın hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. Müstəntiqlər qəsdən yanğın törədilmə versiyasını istisna edir. İlkin məlumata görə, yanğın otaqlardan birində başlayıb və sonradan bütün binaya yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]