Milix Yevdayev: Holokost, Xocalı kimi faciələr xalqın yaddaşında uzun illər qalır
Bakı, 25 yanvar, AZƏRTAC
Holokost demək olar ki, uzun illərdən bəri xalqların, millətlərin yaddaşına həkk olunub. Ancaq bugünkü tədbirin əsas mahiyyəti odur ki, bir daha belə faciələr baş verməsin. Əfsuslar olsun ki, dünyanın bir çox dövlətlərində qlobal müharibələr gedir və bu müharibələr zamanı da belə qırğınlar baş verir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyib.
O qeyd edib ki, 1941-1945-ci illərdə Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb. Onların 1,5 milyonu uşaqlar olub. Belə vəhşiliklərin böyük və ya kiçiyi olmur. Xocalı faciəsi də həmən faciələrdəndir. O faciədə 613 azərbaycanlı qətlə yetirilib, onların arasında qadınlar, uşaqlar da olub.
“Bu, bir daha onu göstərir ki, belə faciələr xalqın yaddaşında uzun illər qalır. Bu, millətlərə, xalqlara bir daha başa salır ki, Allahın insanlara bəxş etdiyi sevgi heç vaxt yaddaşlardan silinməməlidir”, - deyə M.Yevdayev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]