Milli İnternet Mükafatı üçün qeydiyyat oktyabrdan başlayacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Bakıda Milli İnternet Mükafatı - “MilliNet2.0”nin müzakirələri ilə bağlı növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli İnternet Mükafatı - “MilliNet2.0”nin təşkilatçıları məlumat yayıb.
Görüşdə əldə olunan razılaşmalara əsasən oktyabrın ikinci ongünlüyündə “MilliNet2.0”yə start veriləcək, resursların qeydiyyatı başlayacaq. Bu il nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik formada saytların qəbulundan, istiqamətli qiymətləndirmədən imtina ediləcək. Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.
Həmçinin resursların qiymətləndirilməsində yeni kriteriyalar, faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və sair prinsiplər əsas götürüləcək. Resursların qiymətləndirilməsini xalq deyil, ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar.
Yekun təqdimat və mükafatlandırılma mərasiminin dekabrın sonu informasiya-kommunikasiya texnologiyaları (İKT) ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi “Buta”nın təqdim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İnternetinin və informasiya-texnologiyaları (İT) sektorunun inkişafında müstəsna rolu olan “MilliNet2.0” tədbiri üçün sponsorluq təklifləri açıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]