MİLLİ MƏCLİS “ELEKTRON İMZA VƏ ELEKTRON SƏNƏD HAQQINDA” QANUNU QƏBUL ETMİŞDİR
Layihə ilə bağlı AZƏRTAC-ın müxbirinə məlumat verən parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov demişdir ki, qanun layihəsi ötən sessiyada müzakirə olunarkən sənədlə bağlı bir sıra irad və təkliflər səslənmişdi. İşçi qrupu rəy və təklifləri qruplaşdırmış, mütəxəssislərlə bir daha geniş müzakirə etdikdən sonra bəzilərini nəzərə almışdır. Beləliklə, müzakirəyə çıxarılan qanun layihəsi elektron imzanı elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Layihə deputatların müzakirəsindən sonra qəbul edilmişdir.
Sonra deputatlar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında layihəyə münasibət bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]