Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə əlaqədar xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıb

Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə əlaqədar xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıb

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Milli Məclisin xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olan müraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir daha vurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılır.

Bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.

Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan “Laçın dəhlizi” adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib. Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10 minə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib.

Müraciətin mətnində deyilir ki, 2023-cü il aprelin 23-də Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmuşdur ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olub.

Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarılmamış silahlı qüvvələrini təmin etmək və saxlamaq, eləcə də Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla çıxarmaq üçün vasitələrdən məhrum olmaq reallığı ilə barışa bilməyib, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq kampaniyasına başlayıb.

Xüsusilə qeyd olunur ki, Ermənistanın Azərbaycanın Laçın sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 2023-cü il 6 iyul tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd edib. Bununla da Məhkəmə Ermənistanın sərhəd-keçid məntəqəsinin qanunsuz olması və onun Laçın yolunun hərəkətinə mane olması ilə bağlı sayıqlamalarını rədd edib.

Müraciətdə bildirilir ki, sərhəd keçid məntəqəsi yaradıldıqdan sonra Azərbaycanın Qarabağ regionundan Ermənistana mülki əhalinin hərəkəti xeyli artmış, cari ilin iyunun 15-dək bu məntəqədən 2000-dən çox şəxs keçib. Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərinə və Rusiya sülhməramlı qüvvələrinə basqın edib, nəticədə Azərbaycan sərhədçisi ağır xəsarət alıb. Bu hücum təkcə Azərbaycan sərhədçilərinə qarşı yönəlməyib, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına və nəzarət-buraxılış məntəqəsindən keçən mülki şəxslərə birbaşa təhlükə yaradıb. Bu silahlı təxribat BQXK-nın Qarabağ regionundan Ermənistana tibbi məqsədlərlə gedən bir qrup Ermənistan sakinini müşayiət etdiyi bir vaxtda baş verib, hücumun məqsədi Laçındakı yolun və sərhəd keçid məntəqəsinin uğurlu fəaliyyətini pozmaq olub.

Ermənistan Azərbaycanın Laçın yolunu qəsdən bağladığı barədə yalan iddiaya əl ataraq, gələcəkdə analoji xarakterli insidentlərin törədilməyəcəyinə zəmanət verməkdən imtina edir, bununla da faktiki olaraq sərhəd keçid məntəqəsinin işinin tam bərpa olunmasına mane olur.

Müraciətdə vurğulanır ki, Azərbaycan öz növbəsində dəfələrlə Ermənistanı sərhəd və gömrük qurumları vasitəsilə fiziki şəxslərin, yüklərin və xidmətlərin maneəsiz və təhlükəsiz transsərhəd daşınmasını təşviq etmək üçün əməkdaşlığa çağırsa da, bu çağırışlar bu günədək Ermənistan tərəfindən cavabsız qalmaqdadır.

Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı qruplaşmalarını təchiz etmək məqsədilə ikili təyinatlı bəzi malları qaçaqmalçılıq yolu ilə keçirmək üçün BQXK-nın konvoylarından istifadə etmək inadkarlığına və ehtiyatsız cəhdlərinə baxmayaraq, Azərbaycan təcili tibbi yardım məqsədilə yerli erməni sakinlərinin Ermənistana keçidini asanlaşdırmağa davam edir. Qaçaqmalçılığa gəlincə, BQXK-nın humanitar mandatına və reputasiyasına xələl gətirən bu həyasız hərəkət təşkilat tərəfindən açıq şəkildə etiraf edilib.

Ermənistanın barışmazlığı fonunda Azərbaycan öz digər bölgələrindən Qarabağ bölgəsinə humanitar yüklərin daşınması üçün Ağdam üzərindən Xankəndinə gedən şimal yolu kimi alternativ və daha qısa yollardan istifadə etmək üçün BQXK ilə əməkdaşlığı intensivləşdirib.

Müraciətdə vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident Əliyevlə Baş nazir Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair ictimai çıxışında Qarabağ sakinlərinin əsas ehtiyaclarının adekvat şəkildə ödənilməsini təmin edən komponent qismində Ağdam-Xankəndi marşrutundan mühüm marşrut kimi istifadəni təşviq edib.

O da qeyd olunur ki, bir sıra intensiv məsləhətləşmələrdən və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə olunub.

Birinci halda yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə BQXK tərəfindən humanitar yüklərin çatdırılmasına imkan vermək üçün Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadəsinə qoyduğu beton bloklar və bütün digər fiziki maneələr götürülməli idi. Bunun ardınca 24 saat ərzində BQXK tərəfindən Laçın yolundan istifadənin intensivləşdirilməsi aparılmalı idi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idi.

İkinci halda Azərbaycanın Yevlax şəhərində Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri ilə görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.

Təəssüf ki, revanşist əhval-ruhiyyə ilə idarə olunan və normallaşma prosesi çərçivəsində öhdəliklərdən yayınan Ermənistan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq qurulmuş kukla rejimi vasitəsilə son anda hər iki razılaşmadan geri çəkilib, siyasi motivli və qanunsuz ilkin şərtlər, həmçinin müxtəlif bəhanələr irəli sürüb.

Müraciətdə bildirilir ki, Ermənistan həllin bir hissəsi olmaq əvəzinə, gərginliyi süni şəkildə alovlandırmağa üstünlük verərək, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə, etnik ədavəti təbliğ etməyə, faktları saxtalaşdırmağa, çaşdırıcı məlumatlar yaymağa, “blokada” və “humanitar böhran”ların mövcudluğuna eyham vurmağa davam edir. Bu məqsədlə Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün ardıcıl səylər göstərir və paralel olaraq yerlərdə təxribat xarakterli siyasi və hərbi fəaliyyətlə məşğul olur.

Eyni zamanda, Ermənistanın təkrarlanan qeyri-konstruktiv davranış modeli Azərbaycanın Qarabağ bölgəsindəki etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası cəhdlərinə də mane olur. Azərbaycan hökuməti öz sərhədləri daxilində yaşayan etnik ermənilərin rifahı üçün təminat verməyə, onların Azərbaycan Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqlarını qorumağa hazırdır. Bu məqsədlə Azərbaycan bu prosesin tərkib hissəsi kimi bir neçə dəfə özünün Qarabağ bölgəsində yaşayan yerli ermənilərlə görüşlər keçirməyə hazır olduğunu bildirmişdir.

Müraciətdə nəzərə çatdırılır ki, Ermənistanın ardıcıl təxribatlarının iki ölkə arasında münasibətlərin normallaşması üçün tarixi imkan yarandığı bir vaxtda baş verdiyini vurğulamaq xüsusilə vacibdir. Son aylarda Azərbaycan beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin əhəmiyyətli dərəcədə intensivləşməsinə töhfə verib. Diplomatik dialoqlar fikir ayrılıqlarının azaldılmasında və dayanıqlı sülh və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir neçə maddəsində nəzərəçarpacaq irəliləyiş əldə edilməsində mühüm rol oynayıb.

Ona görə də bu kritik mərhələdə beynəlxalq ictimaiyyət Ermənistanın manipulyasiya və dezinformasiya cəhdlərini rədd etməklə bağlı yüksək məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistanı daha da ruhlandırmaq əvəzinə, onu Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərinə son verməyə, onun daxili işlərinə qarışmaqdan çəkinməyə və münaqişədən sonrakı normallaşma danışıqlarında vicdanla iştirak etməyə məcbur etməlidir.

Son dərəcə vacibdir ki, Ermənistan regionda onsuz da kövrək olan sülh şəraitini yenidən pozmaq üçün beynəlxalq platformalardan və institutlardan istifadə etməkdən çəkinsin.

Müraciətin sonunda azərbaycanlı parlamentarilər tərəfindən xarici həmkarlarının qərəzsiz və ədalətli mövqe nümayiş etdirəcəklərinə, Ermənistanın təbliğatını rədd edəcəklərinə, obyektivliyə, həqiqətə, beynəlxalq hüquqa söykənən davranış sərgiləyəcəklərinə ümid ifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub