Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib

Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib

Bakı, 3 may, AZƏRTAC

Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib.

AZƏRTAC xəbər verir ki, məlumatı milli əlaqələndirici, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib.

Vilayət Eyvazov bildirib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alveri dünyada, eləcə də hər bir ölkədə sabitliyin əsaslarına, qanunun aliliyinə təhdid yaradan və insan hüquqlarını pozan əməllərdəndir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən kriminal qrupların yüksək təşkilatlanma səviyyəsi və miqyasının sürətlə genişlənməsi baxımından XXI əsrin kəskin problemlərindən olaraq daim dünya birliyinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə yaydığı növbəti qlobal hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin sayının artması, bu əməllərin cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılması, onun qurbanları arasında qadınların və azyaşlı qızların xüsusi çəkisinin yüksək - təxminən 70 faiz həddində olması qeyd edilir. Aşkarlanmış cinayətlərin isə 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək faktlarının təşkil etməsi, ayrı-ayrı dövlətlərdə insan alverinin qanunsuz transplantasiya, cinayətkar fəaliyyətə cəlbetmə və övladlığa götürmə yolu ilə törədilməsi kimi növləri xüsusi vurğulanır. Bununla belə, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bir an belə səngiməyib. Hesabatda təkcə ötən il 17 min 880 insan alveri cinayətinin, 100 mindən çox qurbanın müəyyən edilməsi, təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7045 ittiham hökmünün çıxarılması əksini tapıb.

Qeyd olunub ki, insan alverinə qarşı mübarizənin kompleks və sistemli aparıldığı ölkələrdən olan Azərbaycan Respublikasında da sayca üçüncü Milli Fəaliyyət Planı ilə qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə ardıcıllıqla və tam yerinə yetirilib. Bu sahədə qlobal çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması üzrə fəaliyyət çərçivəsində “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda insan alverinin qurbanı olmuş şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunda isə yeniyetmələrin ictimai mənəviyyata, milli və əxlaqi dəyərlərə zidd materiallardan müdafiəsi mexanizmləri təsbit olunub. Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci ildə imzaladığı Fərmana əsasən “DOST” mərkəzlərində göstərilən sosial xidmətlər sırasında insan alveri qurbanlarının reabilitasiyasının təşkil edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Saziş imzalanıb və həmin qurumların birgə qərarı ilə təsdiq edilib. Həmin sənəddə uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılması, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi və birgə monitorinqlərin təşkil edilməsi barədə normalar yer alıb. İnsan alverinin profilaktikası üzrə tədbirlərin əsasını təşkil edən ayrı-ayrı sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işi də əvvəlki illərdə olduğu kimi sistemli xarakter daşıyıb. Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərinin 85 minə yaxın şagirdi və onların valideynləri ilə 2000-dən çox görüş keçirilərək uşaqların insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub. Respublikanın 46 şəhər və rayonunu əhatə edən bu tədbirlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları, kütləvi informasiya vasitələrinin, yerli icra hakimiyyəti strukturlarının, tibb, sosial müdafiə qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri yaxından iştirak edib, sosial çarxlar nümayiş etdirilib. Analoji tədbirlər, həmçinin bir sıra universitetlərin, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün də təşkil olunub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “ASAN xidmət” mərkəzlərində vətəndaşlara maarifləndirici bukletlər paylanılıb və bu qurumun Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 195 tikinti obyektində əmək münasibətlərinin leqallaşdırılması ilə əlaqədar izahedici iş aparılıb. Əmək müqavilələrinin bağlanmasının təşviqi və bu sahədə ölkə əhalisinin zəruri informasiya ilə təmin edilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi üzrə Vahid İnternet Portalı yaradılaraq 2018-ci ildə istifadəyə verilib.

Maarifləndirmə tədbirlərində paytaxtın, həmçinin respublikanın şəhər və rayonlarının icra hakimiyyətləri yaxından iştirak ediblər. Ölkəyə gələn və ölkədən gedən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üzrə işlər də davamlı olub, gömrük keçid və sərhəd-nəzarət məntəqələrində minlərlə sərnişinə maarifləndirici vəsait paylanıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkar hazırlığı işinə yeni meyarlarla yanaşılmasının, təlim-təhsil sisteminin səmərəliliyinin artırılmasının zəruriliyi nəzərə alınaraq, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri üçün tədris kursları təşkil olunub. Xüsusi polis qurumunun əməkdaşları xarici dövlətlərdə və ölkəmizdə keçirilmiş 51 konfrans, seminar və təlimlərdə iştirak edib, beynəlxalq treninqlərə təlimçi qismində cəlb olunublar. Hesabat dövründə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi üzrə mühüm vəzifələrin icrası da səmərəli olub.

Bildirilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş nəticələr, əməkdaşlığın perspektivləri, birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi ötən il ABŞ Dövlət Departamentinin, bu ölkənin və bir sıra digər dövlətlərin Azərbaycandakı səfirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri ilə görüşlərdə ətraflı müzakirə edilib. Mənşə və təyinat ölkələrindən olan Türkiyə, Özbəkistan, İran və Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlərlə bağlı razılıq əldə olunub.

Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olmuş Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanılmasında, birgə tədbirlərin keçirilməsində real nəticələr verməkdədir. Bununla yanaşı, bir sıra mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq, Beynəlxalq Miqrasiya və digər təşkilatlarla həyata keçirilən birgə işlərin böyük bir hissəsi bilavasitə insan alveri probleminə və onun həlli yollarına həsr olunub. Məcburi əməyin qarşısının alınması, bu hüquqazidd əməllərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr də planlı şəkildə yerinə yetirilib.

Diqqətə çatdırılıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan yoxlamalarla 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti müqavilə olmadan işləməsi aşkar edilib. Yol verilmiş pozuntularla bağlı 6 təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat məbləğində inzibati cərimə, 27-si barədə 468 min manat vergi sanksiyası tətbiq olunub.

Ölkədə olma və yaşama qaydalarını pozan 19 min 210 əcnəbinin inzibati məsuliyyətə cəlb edilməsi və onlardan 3740 nəfərinin respublikanın hüdudlarından çıxarılması da məcburi əməyin profilaktikasında mühüm əhəmiyyət kəsb edib. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin bəzi mövcud problemlərin aradan qaldırılması, xüsusən uşaqlara qayğı və yardımın göstərilməsinin zəruriliyi baxımından yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bildirilib ki, keçirilmiş monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardım göstərilib, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub. İnsan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də məqsədyönlü xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib.

Vilayət Eyvazov deyib ki, Beynəlxalq əmək Təşkilatının hesablamalarına əsasən, bu gün dünyada müasir köləliyin qurbanı olan 40,3 milyon insan var. Onlardan 16 milyonu ev qulluğu, tikinti sektoru, kənd təsərrüfatı sahələrində məcburi əməyə, 4,8 milyonu cinsi istismara məruz qalanlardır. Hər dördüncü qurban isə azyaşlı oğlan və qızlardır. Qlobal problemlərdən birinə çevrilməsi nəzərə alınaraq, əksər ölkələrdə insan alverinin aradan qaldırılması istiqamətində səylərin artırılmasına, müvafiq hüquqazidd əməllərə görə cəza tədbirlərinin sərtləşdirilməsinə, qurbanların qayğı ilə əhatə olunmasına yönəlmiş kompleks addımlar atılır.

Azərbaycanda da dövlətimizin güclü siyasi iradəsi sayəsində insan alverinə qarşı mübarizədə dünya standartlarına uyğun institusional islahatlar aparılıb, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilib.

Ötən il icrası başa çatmış sayca üçüncü Milli Fəaliyyət Planının əhatə etdiyi 2014-2018-ci illərdə ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanılması, əhalinin məşğulluğunun artırılması və həyat səviyyəsinin daha da yaxşılaşması sahəsində ortaya qoyulmuş böyük bir fəaliyyət insan alveri probleminin həllində də əhəmiyyətli nəticələri şərtləndirib. Bu dövr insan alveri ilə mübarizə standartlarının yüksəlməsi ilə səciyyəvidir. O cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya tехnоlоgiyalarının imkanlarından gеniş istifadə еdilib, Planın iştirakçısı оlan dövlət qurumlarının və qеyri-hökumət təşkilatlarının pеşəkarlığı, qurbanlara dövlət dəstəyi artıb, infrastruktur və tехniki təminat xeyli güclənib. İcra olunduğu müddətdə insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən 9 qanun qəbul оlunub, Azərbaycan Prezidenti tərəfindən 10 fərman, 20 bəyannamə, 1 saziş imzalanıb, Nazirlər Kabinеtinin 17 qərarı, bir dövlət prоqramı təsdiqlənib.

Qeyd olunub ki, idarələrarası əməkdaşlığın möhkəmləndirilməsi, о cümlədən insan alvеri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində fəaliyyət göstərən 14 mərkəzi icra hakimiyyəti оrqanının nümayəndələrindən ibarət İdarələrarası Komissiyanın fəaliyyəti də səmərəli olub.

İnsan alvеrinin dоğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması işində vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi infоrmasiya vasitələrinin iştirakı ilə rеspublikanın bütün şəhər və rayоnlarında 237 mədəni-kütləvi tədbir, о cümlədən çохsaylı treninq və seminarlar keçirilib. Prоfilaktik iş, demək olar ki, əksər məktəbləri, lisey, kollec və uşaq evlərini əhatə еdib.

Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donorlar və göstərilən yardımın istifadə ediləcəyi sahələr də müəyyən olunub, Azərbaycan Rеspublikasının Prеzidеnti yanında Qеyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 53 layihə maliyyələşdirilərək bu məqsədlər üçün 412 min manat vəsait xərclənib. İnsan alverinə qarşı mübarizədə xüsusilə fərqlənən 65 qеyri-hökumət təşkilatına Daxili İşlər Nazirliyi tərəfindən də 60 min manata yaxın maliyyə yardımları еdilib. Ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs cinayət məsuliyyətinə cəlb оlunub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacaqlara yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib. Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb оlunub və onların bir çохu Əmək və Əhalinin Sоsial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərində qeydiyyata götürülüb. Səhiyyə Nazirliyi tərəfindən 706 insan alveri qurbanına və potensial qurbana tibbi yardım göstərilib.

İnsan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusi vurğulanır. Belə ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasının Tərəflər Komitəsinin, Avropa Şurasının müvafiq sahədə Ekspertlər Qrupu - GRETA-nın, ATƏT-in xüsusi nümayəndəsinin hesabatlarında Milli Fəaliyyət Planının icrası üzrə görülmüş işlər təqdirəlayiq hesab olunub, əldə edilmiş tərəqqi xüsusi vurğulanıb. Bu növ cinayətlərlə mübarizənin aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə davam etdirilməsi məqsədilə 2019-2023-сü illəri əhatə edən yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb hökumətə təqdim edilib. İlkin variantı 67 tədbirdən ibarət olan həmin layihədə əsas hədəflər insan alveri ilə mübarizədə cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə tədbirlərin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Bundan əlavə, Planda xüsusi polis qurumunun maddi-texniki təminatının gücləndirilməsi, qurbanların və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, onlara xidmət göstərən sığınacaq və yardım mərkəzlərinin potensialının artırılması, insan alverinə qarşı mübarizə sahəsində tədqiqatların, elmi araşdırmaların aparılması və s. mühüm məsələlər əksini tapıb.

Bu konseptual sənədin icrasına bütövlükdə 36 dövlət orqanının, yerli icra hakimiyyətlərinin, aidiyyəti qeyri-hökumət təşkilatlarının cəlb edilməsi nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub