Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə
Bakı, 1 dekabr, AZƏRTAC
Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfər edəcək.
Büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT Parlament Assambleyasının keçirəcəyi tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində A.Quliyev ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
X X X
Deputat Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək.
Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və s. mövzular müzakirələr olunacaq.
S.Qafarova Londonda “Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda keçiriləcək seminarda da iştirak edəcək.