Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Azərbaycan parlament nümayəndə heyətinin bu günlərdə Türkiyənin İstanbul şəhərində işgüzar səfəri barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransının müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Milli Məclisin sədri qismində konfransın birinci panelinin əsas məruzəçisi kimi etdiyi çıxışda Sahibə Qafarova miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərini səsləndirib.

S.Qafarova illər öncə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olarkən topladığı təcrübəyə əsaslanaraq qeyd edib ki, müvafiq qlobal sazişlər miqrantların və qaçqınların hüquqlarının qorunması üçün bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini göstərir.

Konfransda Milli Məclisin sədri bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verərək vurğulayıb ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması dövlətimizin miqrasiya siyasətinin prioritetlərini təşkil edir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biri, regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir.

Konfransda Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən danışan Sahibə Qafarova bildirib ki, 30 il ərzində işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan 1 milyona yaxın qaçqının və məcburi köçkünün ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri həyata keçirib.

İşğal olunmuş torpaqların azad edilməsi ilə regionda yeni reallıqlar və imkanlar yarandığını diqqətə çatdıran Milli Məclisin sədri Qələbəmiz sayəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun təmin olunduğunu və ölkəmizin bu gün dinamik daxili miqrasiya proseslərinin astanasında olduğunu vurğulayıb. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağı və Şərqi Zəngəzuru turizm və investisiyalar üçün cəlbedici bir məkana çevirəcəkdir.

Sədr bildirib ki, İstanbul şəhərinə işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla ikitərəfli görüş də keçirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi, dostluq və qardaşlıq nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin ikitərəfli əməkdaşlığın dinamik inkişafına töhfə verdiyi nəzərə çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 20 məsələ daxil edilib. Dünya iqtisadiyyatında gedən proseslər və bu proseslərin ölkə iqtisadiyyatında yaratdığı meyillər, o cümlədən ötən 5 ayın makroiqtisadi göstəriciləri bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi zərurətini irəli sürüb. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib. Gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir. Hər üç qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini diqqətə çatdıran Sahibə Qafarova məsələlərin müzakirəsi ilə əlaqədar iclasda aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyini bildirib. Hər üç qanun layihəsinin büdcə zərfi ilə bağlı olduğuna görə məsələlərin təqdimatlarının ayrılıqda aparılması, müzakirələrin birlikdə, səsvermənin isə ayrılıqda aparılması təklif olunub.

İclasda İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı çıxış edib.

Bildirilib ki, qanun layihəsinə dair izahatda 2022-ci ildə dövlətin müdafiəsinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, sosial qayğının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlərin dövlət qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.

Bildirilib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən büdcə gəlirlərinin 26 milyard 816 milyon, xərclərinin 29 milyard 879 milyon, kəsirinin isə 3 milyard 63 milyon manat olması planlaşdırılmışdı. Eyni zamanda, 2022-ci ildə Ümumi Daxili Məhsulun real artım tempinin 3.9 faiz, inflyasiyanın orta illik səviyyəsinin 4 faiz, orta aylıq əməkhaqqının artım tempinin isə 8.7 faiz olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geoiqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində ölkə iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə olunan valyuta gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2 faiz, qeyri-neft sahəsində ÜDM 11 faiz artım nümayiş etdirilib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi 25 milyard manatı keçib, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5 faiz artıb. Bu ilin birinci rübü ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Bu müddət ərzində neft ixracından 3.8 milyard dollar, qaz ixracından isə 3.5 milyard dollar valyuta gəlirləri əldə edilib. Qeyd olunub ki, bu artımlar son 12 ilin ən böyük artımlarıdır. Həmçinin göstərilən müddət ərzində orta aylıq əməkhaqları 14,2 faiz artıb, inflyasiyasının orta illik göstəricisi 12.6 faiz, Azer Light markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin beş ayı ərzində dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən, dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 milyard manat və ya 10.8 faiz çox yerinə yetirilib. Bu müddətdə dövlət büdcəsinin xərcləri proqnozdan 70 milyon manat və ya 0.7 faiz çox icra edilib. Bu dövrdə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2,4 dəfə çoxdur. Bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin yaradıb.

Tahir Mirkişili bildirib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon manat, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif edilir. Qeyd olunub ki, dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, yol, nəqliyyat və təhsil sahələrində infrastruktur layihələrin maliyyələşdirilməsinin davam etdirilməsi, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi və digər ehtiyacların qarşılanması üçün xərclərin artırılmasına dair ölkə başçısının digər tapşırıqları da olub.

Qeyd edilib ki, 2022-ci ilin ötən 5 ayında ölkə iqtisadiyyatının inkişaf göstəriciləri və dövlət büdcəsinin icrası üzrə əldə edilmiş nəticələri olduqca məmnunedicidir. Həmin dövr ərzində 50,9 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri də əhəmiyyətli dərəcədə artaraq 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 27,8 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Cari ilin 5 ayı ərzində fiskal orqanlar dövlət büdcəsinə proqnozlaşdırılandan daha çox gəlir təmin ediblər. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb.

Ötən müddətdə icmal büdcənin göstəricilərində də əhəmiyyətli dəyişikliklər qeydə alınıb. İcmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və ya 24,2 faiz artıb. Ötən 5 ay ərzində icmal büdcə üzrə 2 milyard 179 milyon manat kəsir proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 900 milyon manat büdcə artıqlığı yaranıb.

Qeyd olunub ki, yenidən baxılmaqla formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.

Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5,5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat, xərcləri isə 35 milyard 541 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən müvafiq olaraq gəlirlər üzrə 8 milyard 976 milyon manat və ya 32,4 faiz, xərclər üzrə isə 2 milyard 627 milyon manat və ya 8 faiz çoxdur. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunsa da, 6 milyard 349 milyon manat əlavə gəlirlər hesabına icmal büdcədə 1 milyard 120 milyon manat profisit gözlənilir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 606 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 300 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181 milyon manat təşkil edəcək, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin və xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiyanın isə 26 milyon manat və ya 6 faiz artırılması nəzərdə tutulur. Artımdan sonra Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606 milyon manat təşkil edəcək.

Qeyd edilib ki, təqdim olunmuş dəyişikliklərdə “Büdcə sistemi haqqında” qanunda təsbit olunmuş büdcə qaydasına, büdcə qaydası üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsiri və dövlət borcu üzrə hədəf göstəricilər üzrə müəyyən edilmiş yuxarı xətlərə tam riayət olunub.

Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının və müvafiq düzəlişlərin edilməsinin əsas hədəfi ölkəmizin artan maliyyə potensialı və gəlirləri hesabına Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin və inkişaf gündəliyində duran məsələlərin həlli üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, sənədə əsasən, Fondun gəlirlərinin və xərclərinin bərabər olmaqla, 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcək.

Sonra komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında danışıb. Təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.

Komitə sədri Tahir Mirkişili "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim edib.

Palata sədri çıxışında dövlət büdcəsinin yenidən baxılan layihəsi ilə bağlı büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozların, o cümlədən dünya və Azərbaycan üzrə əsas iqtisadi meyillərin təhlilini nəzərə çatdırıb. 2022-ci ilin yenidən baxılan dövlət büdcəsinin layihəsinin “Büdcə sistemi haqqında” qanunun tələblərinə və büdcə qaydasına uyğunluğu, fiskal risklər barədə məlumat verib.

Bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə COVID-19 pandemiyası, neftin qiymətinin və hasilat həcmlərinin azalması, dövlət zəmanətli borclar, geniş subsidiyalaşdırılmadan irəli gələn risklər əsas risklər kimi qeyd edilib.

Vüqar Gülməmmədov, həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcələrinə dəyişikliklə bağlı gəlir və xərclərinə dair rəyləri də diqqətə çatdırıb.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Ramin Məmmədov, Rəşad Mahmudov, Aqiyə Naxçıvanlı, Vüqar Bayramov, Elşən Musayev, Tahir Kərimli, Fazil Mustafa qanun layihələrini dəstəklədiklərini bildiriblər, dəyişikliklər barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin yekununda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda gündəliyin üçüncü oxunuşda olan növbəti 6 məsələsinə baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Komitə üzvlərinin Ələt Azad İqtisadi Zonasına səfər etdiyini, Azad Zonada görülən işlər, gələcək planlar və sahibkarların bu zonada fəaliyyəti ilə bağlı yaradılan şəraitlə tanış olduqlarını bildirib.

Qeyd olunub ki, sənəd Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, qanun Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir. Sənəddə investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və əsas istiqamətləri, dövlət tənzimlənməsinin prinsipləri, investisiya fəaliyyətinin təşviqi, prioritetləri və həyata keçirilməsi formaları öz əksini tapıb. Eyni zamanda, investorların hüquq və vəzifələri, bu sahədə dövlət tərəfindən verilən təminatlar və digər məsələləri əhatə edən maddələr təsbit olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirilib ki, təklif edilən dəyişikliklər "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti üç məsələ Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. Hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanundan irəli gəlir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrindən bəhs edib. Bildirib ki, qeyd olunan məcəllələrə nəzərdə tutulan dəyişikliklər "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edir.

Komitə sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı Səhiyyə komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Sonra gündəlikdəki növbəti sənəd barədə bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Bu layihə barədə İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Səhiyyə komitələrinin müsbət rəyləri səsləndirilib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra gündəlikdə ikinci oxunuşda olan üç məsələyə baxılıb.

Əvvəlcə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq hazırlanıb və həmin qanunla digər qanunlar arasında uzlaşmanı təmin edir.

Təklif olunan dəyişikliklər barədə Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq, Musa Quliyev Əmək və sosial siyasət, Tahir Rzayev Aqrar siyasət, Fazil Mustafa Mədəniyyət komitələrinin rəylərini diqqətə çatdırıblar.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb. Bildirib ki, qanun layihəsi sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə ölkə ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası və digər sosial müdafiə təminatı hüququ olduğundan bu qanunun da həmin şəxslərə şamil edilməsi nəzərdə tutulur. Sığortaolunanın sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması və bir sıra digər düzəlişlər təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və bu sahədə fəaliyyətə nəzarət funksiyaları, habelə məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanması, haqqın vaxtında ödənilməməsinə görə faizlərin və maliyyə sanksiyalarının tətbiqi ilə bağlı səlahiyyətlər vergi orqanlarına həvalə edilib. Təklif olunan dəyişikliklər həmin qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda birinci oxunuşda olan qanun layihələri təqdim edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, layihə Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilib. Medal barədə Əsasnaməyə əsasən, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 6 məsələsi Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti məsələləri - “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini konseptual baxımdan təqdim edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya mövcuddur. Həmin strategiyada dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulub. Məhz bu strategiyanın tətbiqi nəticəsində cari ilin əvvəlində İcra hakimiyyəti orqanlarında əməyin ödəniş sistemi təkmilləşdirilib və dövlət qulluqçularının vəzifə maaşı artırılıb. Bu gün isə məhkəmə hakimiyyəti, qanunvericilik hakimiyyəti orqanlarında, İnsan hüquqları üzrə müvəkkil təsisatında icra hakimiyyəti orqanları ilə eyni vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulub. Qeyd olunub ki, təklif olunan dəyişikliklərdə qanunvericilik və məhkəmə hakimiyyətində oxşar mexanizm tətbiq olunur, yəni əməkhaqqına əlavələr edilir, digər müavinətlər ləğv olunur. Bununla yanaşı, hakimiyyət orqanlarının əməkhaqlarında mövcud olan bağlılıq aradan qaldırılır və hakimiyyət qollarının əməkhaqqı müstəqil qaydada müəyyən edilir. Bu qanun layihələri dövlət orqanlarında vahid əməkhaqqı sisteminin tətbiqini təmin edəcək. Komitə sədri deputatların Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı çıxış edib. O, əməkhaqqı sisteminin şəffaf və dayanıqlı olmasının əhəmiyyəti barədə danışıb və yuxarıda qeyd olunan dəyişikliklərin Hesablama Palatasının əməkhaqqı sistemində də tətbiq edildiyini bildirib.

Daha sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Sənədə əsasən, Məcəllənin 102.1.17-ci maddəsində "Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq" sözləri "Müvafiq" sözü ilə əvəz edilir. Dəyişiklik "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılma məqsədi daşıyır.

Sonra gündəliyin son 6 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Abituriyentlər II və III ixtisas qrupları üzrə imtahan veriblər

Azərbaycanın aparıcı voleybolçusu debütant komandaya keçib

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

Günay Əfəndiyeva: Rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib

XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb

Bu gün OPEC neft hasilatının artırılmasını müzakirə edəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Mixaylo Fedorov: İyunda Ukrayna ordusu 200 mindən çox Rusiya hədəfinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

Türkiyə COP31 iştirakçıları üçün viza qaydalarını sadələşdirməyə hazırlaşır

Dünya çempionatı: Braziliya Norveçə, İngiltərə Meksikaya qarşı

İranın yeni Ali Rəhbəri atasının vida mərasiminə qatılmayıb

Kilian Mbappe yeni rekorda imza atıb

Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş boks turniri start götürüb

Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA

Naxçıvan məktəblisindən ilk beynəlxalq olimpiada uğuru

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslərdə gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

Xaçmazda zəlzələ olub

Yağıntılı hava şəraiti ilə əlaqədar Türkiyənin 5 regionunda sarı xəbərdarlıq elan olunub

Rusiyalı akademik: Ebolanın pandemiya potensialı aşağıdır

Bu gün dövlət qulluğuna qəbul üzrə müsabiqənin növbəti test imtahanı olacaq

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

ABŞ Prezidenti Müstəqillik Günü ilə bağlı açıq ərazidə planlaşdırılan çıxışını ləğv etməyəcəyini açıqlayıb

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edəcək

Almaniyada Alis Vaydel və Tino Xrupalla yenidən AfD-nin həmsədrləri seçiliblər

ABŞ-nin Vitse-prezidenti bir daha Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasını dəstəklədiyini açıqlayıb

Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var – YENİLƏNİB

DÇ-2026: Fransa 1/4 finala yüksəlib

ABŞ rəsmisi Böyük Britaniya siyasətində ciddi problemlərin olması barədə xəbərdarlıq edib

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatıb

Yevlaxda yol qəzası baş verib, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub

Donald Tramp: ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil

DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanan ilk komanda olub

Ağdamda və Ağdərədə 40 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH

"Turan Tovuz" rusiyalı qapıçını transfer edib

Lənkəranda açıq ərazidə baş vermiş yanğın söndürülüb

Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Cüdo üzrə Yaponiya millisi Bakıdakı dünya çempionatı üçün heyətini açıqlayıb

Çin eyni raketlə orbitə 13 peyk göndərib

Bu saata olan əsas xəbərlər

Türkiyə Prezidenti: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür

Neftçalada “Sirr” adlı rəsm sərgisi açılıb

ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO

ABŞ 250 illik yubileyini qeyd edir FOTOSESSİYA VİDEO

Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir

Şahzadə Harri Londona ailəsi olmadan səfər edəcək

Gəncədə keçirilən XV “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı uğurla yekunlaşıb

Şaocü Opera Sənəti Ansamblı XV Beynəlxalq İpək Yolu Musiqi Festivalında çıxış edib

Ağdamda su anbarında batan ata və iki övladının meyiti çıxarılıb

Rəqəmsal islahatlar Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını möhkəmləndirir ŞƏRH

“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər

Şahbaz Şərif sülh razılaşmalarından regionun rifahı naminə istifadə etməyə çağırıb

Deputat: Prezident İlham Əliyevin fəaliyyəti xalqın yüksək etimadına söykənir

Qaxda Forum: Müəllimlər arasında peşəkar əməkdaşlıq gücləndirilir

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

Qəbələdə “Gənc xilasedici” beynəlxalq yarışının qalibləri mükafatlandırılıb

Misir yaxın günlərdə Avropa İttifaqından 1,5 milyard avro maliyyə dəstəyi alacaq

Gürcüstan məktəblərində xarici dillərin tədrisinə yanaşma dəyişdirilib

Hörmüz boğazını alternativ dəhlizlə tərk etməyə çalışan gəmilər geri qayıdıb

Siyasi şərhçi: Milli-mədəni irsin rəqəmsal qorunması Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətidir

İran Hörmüz boğazında Qərbin hərbi fəaliyyətinə qarşıdır

Malidə bir neçə hərbi mövqeyə silahlı hücum edilib

Marta Kos: Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat əlaqələri daimi sülhə kömək edəcək

AEBA müfəttişlərin İranın nüvə obyektlərinə baxış keçirməsinin vacibliyini vurğulayıb

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb  REPORTAJ  VİDEO

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb REPORTAJ VİDEO

ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edəcək

Xankəndi ölkənin əsas turizm marşrutlarından birinə çevrilir – turist sayı ilbəil artır

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Deputat: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahəsindəki islahatlar ölkəmizin regional lider mövqeyini daha da gücləndirir

Professor Xatirə Əhmədli: Azərbaycanın zəngin musiqi məktəbi dünyaya bir çox görkəmli musiqiçi bəxş edəcək

İmişlidə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb VİDEO

İmişlidə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb VİDEO

Nazirlik: Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət nəzarət altındadır

Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub

Bazar günü temperatur 36 dərəcəyə yüksələcək - Proqnoz VİDEO

Bazar günü temperatur 36 dərəcəyə yüksələcək - Proqnoz VİDEO

Milli Kitabxanada Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Azərbaycanın regional liderliyi Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə daşıyır – Məqalə

Rəqəmsal transformasiya milli inkişaf strategiyasının prioritetlərindən biridir ŞƏRH

“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində ekoloji aksiya

Mütəxəssis: Yağıntılı hava Mərakeş çəyirtkəsinin sayının artmasına səbəb olub

Ukrayna polisində çalışan azərbaycanlı: Müharibə şəraitində xidmət etmək ikiqat məsuliyyətlidir

Qlobal iqtisadiyyatın yeni istiqaməti: şəxsi inkişaf və rifah xidmətləri niyə sürətlə böyüyür?

Azərbaycan regionun aparıcı texnologiya, innovasiya və rəqəmsal xidmətlər mərkəzlərindən birinə çevriləcək – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: İtkin düşən 9 nəfər tapılıb

“Sağlam məhəllə” layihəsi çərçivəsində bölgələrdə idman zonaları istifadəyə verilib

"PAŞA Bank" 2025-ci il üzrə ilk dividend ödənişinə başlayır

Şabranda azyaşlılar yanğınsöndürənlərin fəaliyyəti ilə tanış olublar

“Shahin Novrasli Festival-2026”: Latın Amerikası ritmləri ilə möhtəşəm açılış konserti VİDEO

“Shahin Novrasli Festival-2026”: Latın Amerikası ritmləri ilə möhtəşəm açılış konserti VİDEO

Dünya çempionatının 1/8 final mərhələsinə start verilir

Almaniyanın Erfurt şəhərində minlərlə insan AfD-nin qurultayına etiraz edir

Professor Əmrulla Məmmədov: Heydər Əliyevin siyasəti sayəsində Azərbaycanın inkişafı üçün güclü kadr bazası yaradılıb

DÇ-2026: Messi növbəti rekorda imza atıb, Avstraliya uğursuz seriyanı davam etdirib

Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub