Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirib ki, iclasda 14 məsələyə baxılacaq.

Əvvəlcə deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyədə monitorinqin bərpası ilə bağlı verdiyi qərara münasibət bildiriblər.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana dost və qardaş olan Türkiyəyə qarşı qəbul etdiyi bu qərar qeyri-obyektivdir. Türkiyə Avropa Şurasının yaranmasında bilavasitə iştirak edən ölkələrdən biridir və 1949-cu ildən bu təşkilatın üzvüdür. Türkiyə bu qurumun bünövrəsini qoyan ölkələrdən biridir. 13 il əvvəl postmonitorinq mərhələsinə keçən ölkənin yenidən monitorinq mərhələsinə qaytarılması AŞPA-nın tarixində ilk hadisədir. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti də bu qərara qarşı etirazını bildirdi.

Sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasında müzakirə olunan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi və ikili standartlara söykənən qərəzli qərarın qəbul edilmə prosesi barədə məlumat verib.

Müzakirələrdə çıxış edən deputatlar Azay Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Fəzail İbrahimli, Aydın Mirzəzadə, Fərəc Quliyev, Əflatun Amaşov, Zeynəb Xanlarova AŞPA-nın qərarına kəskin etiraz edib, bunun Türkiyəyə qarşı haqsız və ədalətsiz münasibətdən qaynaqlandığını vurğulayıblar.

Sonra iclasda “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Turizm haqqında” qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil, 63 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsinin iki ilə yaxın müddətdə hazırlandığını deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib. Dövlətimizin başçısı ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub.

Qeyd edək ki, Turizm haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu yeni qanundan, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, digər normativ hüquqi aktlardan ibarətdir.

İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. “Strateji yol xəritəsi”nə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib. Bu da hazırda öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25 faiz artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub. Bu artım 30 faizdən çoxdur. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya televiziyalarında Azərbaycanın turizm imkanları təbliğ olunur, bu da ölkəmizə diqqəti artırır.

Yeni hazırlanan qanunun əhəmiyyətinə toxunan nazir bildirib ki, elektron turizm xidmətlərinin istifadəsinə böyük önəm verilməlidir. Qanunda yeni turizm zonalarının yaradılması və idarə edilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaqlar. Reyestrin yaradılması dələduzluqların qarşısını alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək.

Müzakirələrdən sonra “Turizm haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib

Həmçinin iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxılıb.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” 2016-cı il 2 may tarixli 2024 nömrəli Sərəncamına uyğun olaraq, 2017-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) və “SOCAR Umid Oil and Gas Limited” (“SOCAR Umid”) şirkəti arasında Risk Xidmət Sazişi, “SOCAR Umid Oil and Gas Limited” (“SOCAR Umid”) şirkəti və “Umid, Babək Eksploreyşn end Prodakşn” (podratçı) şirkəti arasında isə neft-qaz əməliyyatlarının aparılması haqqında müqavilə bağlanıb.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Plenar iclasda “Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli 1217 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən Nazirlər Kabinetinə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi məqsədilə “Diplomatik xidmət haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsinin bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb. Həmin fərmanın 3.1-ci bəndinin icrası məqsədilə qanun layihəsi təqdim olunub. Qanun layihəsində xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə “Diplomatik xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi təklif olunur.

Müzakirə olunan “Pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin 6-cı maddəsinin birinci hissəsinin 5-ci bəndində “verilir.” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilir və həmin hissəyə “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə verilir” adlı 6-cı bənd əlavə olunur.

Deputatlar “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında” və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də münasibət bildiriblər.

İclasda İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirələr aparılıb.

Qanun layihələri səsə qoyularaq qəbul olunub.

Həmçinin iclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb. Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq hazırlanıb və öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

Sonra “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə üçüncü oxunuşda da baxılıb.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Plenar iclasda, həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Sənəd deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsi məqsədilə hazırlanıb.

Qeyd edilib ki, layihə lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb