Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iclasın Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirildiyini deyib. O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.

S.Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin iyunun 11-12-də Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfəri barədə məlumat verib.

Sonra parlamentin sədri plenar iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O qeyd edib ki, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcək.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələni təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.

Komitə sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir. TDTMMM-in əsas funksiyalarına fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və sair kimi tədbirlər aiddir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O bildirib ki, layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, əvvəlki iki oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Bildirib ki, layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin ikinci oxunuşda plenar iclasda qəbul edildikdən sonra əlavə heç bir təklifin daxil olmadığını söyləyib və sənədin dəstəklənməsini xahiş edib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını bildirib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə "Pasportlar haqqında" Qanuna təklif olunan düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir. "Dövlət qulluğu haqqında" Qanunda isə inzibati və yardımçı vəzifələr təsnifatına yeni vəzifənin - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsinin əlavə edilməsi təklif olunur.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin digər 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, növbəti məsələ “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir (ikinci oxunuş). Sədr bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumat verərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və illik hesabatın birinci oxunuşda ətraflı müzakirə edildiyini bildirib.

Komitə sədri dövlət büdcəsinin icrasının büdcə prosesinin vacib mərhələlərindən biri olduğunu deyib. Qeyd edib ki, büdcənin icrası üzrə hesabatlılıq büdcə prosesinin və büdcə nəzarətinin ayrılmaz tərkib hissəsidir. O, büdcə prosesinin və onun təkmilləşdirilməsinin davamlı xarakter daşıdığını, Maliyyə Nazirliyində büdcə sisteminin və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplarının yaradıldığını söyləyib.

İclasda iştirak edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsi ölkənin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönəlmiş siyasəti özündə əks etdirən əsas sənəddir. Büdcənin icrası isə bu öhdəliklərin həyata keçirilməsinin göstəricisi, Hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində büdcənin icrası ilə bağlı zəruri tədbirlər görüldüyünü, makroiqtisadi göstəricilərin müsbət tendensiya üzrə inkişaf etdiyini, sosial proqramların icrasının təmin olunduğunu, iqtisadi inkişaf, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaitinin səfərbər edildiyini vurğulayıb. Bununla yanaşı, ötən il ərzində Böyük Qayıdış Proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsinin və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin geniş vüsət aldığını söyləyib.

Nazir qeyd edib ki, hesabat ilində, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatı, dövlət borcu, beynəlxalq təşkilatlara üzvlük və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilib.

Sahil Babayev çıxışında müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən məsələlərlə bağlı öz fikirlərini açıqlayıb.

Milli Məclisin sədri növbəti məsələnin “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov iclasda iştirak edirlər.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyib. Komitə sədri məhkəmə qərarlarının icrası sahəsində mövcud vəziyyət barədə danışaraq, bu qərarların təmin edilməsi üçün təsirli tədbirlərin görüldüyünü deyib, bu baxımdan təqdim edilən qanun layihəsinin əhəmiyyətindən söhbət açıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən dəstəkləndiyini qeyd edərək, bununla yanaşı, bəzi sual və təkliflərin səsləndirildiyini söyləyib. Komitə sədri qaldırılan məsələlərin aktuallığını və ictimai marağı nəzərə alaraq, parlamentin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə Milli Məclisdə parlamentin bir sıra komitə sədrlərinin, deputatların, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini, maraq doğuran bir çox məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.

Gündəliyin 10-cu məsələsi olan "Qaz təchizatı haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. O bildirib ki, sənədin qəbulu qaz sektorunda islahatların dərinləşməsində, sahə üzrə münasibətləri tənzimləyən sənədlərin zəruri hüquqi bazasının yaradılmasında mühüm bir mərhələ açacaq. Layihə ölkəmizin qaz təchizatı sistemində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşdırılması məqsədilə hazırlanıb. Vurğulanıb ki, qaz təchizatının dayanıqlılığı, təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, bu sahədə şəffaf idarəetmə və tənzimləmə, bərabər və ayrı-seçkiliyə yol verməyən xidmət imkanları qanun layihəsində dövlət siyasətinin əsas prinsipləri kimi təsbit olunub. İstehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlərin qurulması da sənədin əsas istiqamətlərindəndir. Diqqətə çatdırılıb ki, layihədə qazın hasilatı, nəqli, paylanması və satışı kimi funksiyaların hüquqi ayrılığı təmin olunur, tariflərin hesablanması üçün şəffaf mexanizmlər təklif olunur.

Gündəliyin 11-ci məsələsi olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, qanun layihəsi müzakirədə olan "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, "Qaz təchizatı haqqında" qanun layihəsinə əsasən, "qazın saxlanması" fəaliyyəti icazə əsasında həyata keçirilən fəaliyyət növü kimi təsbit edilib. Buna uyğun olaraq, "Lisenziyalar və icazələr haqqında" Qanunda "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda “qazın saxlanmasına icazə”nin təsbit olunması nəzərdə tutulur.

Sadiq Qurbanov gündəliyin sonuncu məsələsi olan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən layihəni elektroenergetika sektorunda aparılan genişmiqyaslı islahatların məntiqi davamı kimi dəyərləndirib. Bildirilib ki, bu dəyişikliklərin mahiyyəti yalnız texniki xarakter daşımır. Əslində, bu təşəbbüs ölkədə enerji təchizatının səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və enerji sisteminin iqtisadi dayanıqlığının təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Komitə sədri bildirib ki, qanun layihəsinin əsas predmeti “sabit tarif” anlayışının qanuna daxil edilməsidir. O, bu anlayışı müasir və inkişaf etmiş iqtisadi modellərdə istifadə olunan, iqtisadi əsaslara söykənən və enerji xidmətlərinin davamlığını təmin edən element kimi xarakterizə edib. Yəni, bu, enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Qeyd olunub ki, bu məbləğ faktiki olaraq hazırda istehlakçılar tərəfindən ödənilir, sadəcə tarif strukturunda ayrıca göstərilmir. Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsinin heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü yaratmadığı diqqətə çatdırılıb.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub