Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərin müzakirəsi aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Fazil Mustafa, Musa Qasımlı, Naqif Həmzəyev, Tural Gəncəliyev, Vüqar Bayramov, Elman Nəsirov, Elşad Mirbəşir oğlu, Etibar Əliyev, Vahid Əhmədov çıxış edərək son günlər Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını qətiyyətlə pisləyiblər.

Müzakirələr zamanı deputatlar Soltan Məmmədov və Ramin Məmmədov bu günlərdə Fransaya səfərləri, Fransa Milli Assambleyasında keçirdikləri görüşlərdən bəhs ediblər.

Sonra çıxışlarda seçiciləri narahat edən bir sıra məsələlər diqqətə çatdırılıb, digər aktual mövzulara toxunulub.

Daha sonra Sahibə Qafarova bugünkü iclasda 13 məsələnin müzakirə ediləcəyini söyləyib. O, gündəliyin ilk 3 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, bu məsələlərin cari ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirilib ki, məsələnin komitə iclasında üçüncü oxunuşda müzakirəsi zamanı layihə təşəbbüskarı tərəfindən bir sıra dəyişikliklər təklif edilib.

Komitə sədri diqqətə çatdırıb ki, yenilənmiş makroiqtisadi proqnozlar, o cümlədən neft qiyməti ilə bağlı gözləntilər, əmtəə bazarlarında qiymət dinamikaları və cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə büdcə daxilolmalarının əlavə olaraq 55 milyon manat əlavə dəyər vergisinin hesabına artırılmasını şərtləndirib. O qeyd edib ki, hazırda Milli Məclisin müzakirəsinə təqdim olunan İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləğinin artırılması nərədə tutulur. Həmin dəyişikliklərə əsasən, cərimələri tətbiq edən dövlət orqanlarının büdcədənkənar gəlirlərinin və müvafiq olaraq büdcədənkənar xərclərinin artacağı, bununla yanaşı, bəzi büdcə təşkilatlarının (İqtisadiyyat Nazirliyi və Xüsusi Tibb Xidməti) büdcədənkənar gəlirlərində cari ilin sonuna əlavə olaraq 56 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Tahir Mirkişili qanun layihəsinə təklif edilən dəyişiklər barədə bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin qeyri-neft daxilolmalarının əlavə olaraq 55 milyon manat artırılaraq 8 milyard 985 milyon manata çatdırılması, dövlət büdcəsinin büdcədənkənar gəlirlərinin 56 milyon manat artırılaraq 857 milyon manata çatdırılması, Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirlərinin 55 milyon manat əlavə daxilolması hesabına dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün xəzinə qalığından nəzərdə tutulmuş vəsaitin həmin məbləğ qədər azaldılması nəzərdə tutulur.

Qeyd edilib ki, nəticədə dövlət büdcəsinin gəlirləri 111 milyon manat artırılaraq 33 milyard 890,5 milyon manat və yaxud təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 116,5 milyon manat (10,1 faiz) çox olacaq. Dövlət büdcəsinin kəsiri isə 55 milyon manat azaldılaraq, 2 milyard 734,3 milyon manat təşkil edəcək. Bu dəyişikliklərdən sonra dövlət büdcəsinin xərcləri 56 milyon manat artırılaraq 36 milyard 624,8 milyon manat olacaqdır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 271,5 milyon manat və ya yaxud 9,8 faiz çoxdur.

Bildirilib ki, aparılacaq dəyişikliklər hesabına icmal büdcənin gəlirləri əlavə 111 milyon manat artırılaraq 43 milyard 60,1 milyon manat, xərcləri əlavə 56 milyon manat artırılaraq 41 milyard 269,9 milyon manat, profisiti isə əlavə 55 milyon manat artaraq 1 milyard 790,3 milyon manat olacaq.

Tahir Mirkişili cari ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə qanun layihəsinin bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, bu qanun layihələrinə heç bir əlavə təklif daxil olmadığını deyib və hər iki sənədin səsə qoyulmasını xahiş edib.

Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manata çatdırılması, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərclərinin bərabər olaraq 5 milyon manat artırılaraq 217,7 milyon manata çatdırılması nəzərdə tutulub.

Tahir Mirkişili bu 2 qanun layihələri barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra onlar ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə parlamentin qərar layihəsi olduğunu söyləyib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin digər məsələsinin “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsi olduğunu və bu sənədin beynəlxalq sazişlərlə bağlı olduğuna görə, müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra Tahir Mirkişili həmin qanun layihəsini təqdim edib. O, "Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında" Sazişin 2021-ci il mayın 28-də Minsk şəhərində imzalandığını və sənədin əqli mülkiyyət hüququ sahəsində qarşılıqlı fəaliyyəti tənzimləmək üçün hazırlandığını diqqətə çatdırıb.

Bildirilib ki, Sazişin məqsədi tərəflərə saxta əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz olunmuş əmtəələrin istehsalı və satışı, dövlətlərin sərhədləri üzərindən hərəkətinin qabaqlanması və bu sahədə əməkdaşlıq şəraitinin yaradılmasıdır. Qeyd edilib ki, tərəf dövlətlər bu Sazişin müddəalarını öz səlahiyyətli qurumları vasitəsilə milli qanunvericilik və beynəlxalq normalara uyğun olaraq həyata keçirəcəklər. Sazişdə nəzərdə tutulmuş qarşılıqlı fəaliyyətlərin əlaqələndirilməsi MDB-nin sahəvi əməkdaşlıq orqanına - Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi üzrə Dövlətlərarası Şuraya həvalə ediləcək.

Diqqətə çatdırılıb ki, bu Saziş qüvvəyə mindiyi tarixdən 1999-cu il 4 iyun tarixli "Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında" Saziş ləğv edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Tahir Mirkişili bu məsələlər barədə məlumat verib. O, hər iki sənədin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı əlavə heç bir təklifin olmadığını söyləyib və qanun layihələrini olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son altı məsələsi möhtərəm Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə də bir-birinə yaxındır. Bunlar "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə (8-ci məsələ), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (9-cu məsələ), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (10-cu məsələ), "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə (11-ci məsələ), "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə (12-ci məsələ) və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (13-cü məsələ) birinci oxunuşda olan qanun layihələridir. Diqqətə çatdırılıb ki, qanun layihələrinə parlamentin iki komitəsində baxılıb.

Tahir Mirkişili 8-ci, 10-cu, 12-ci və 13-cü məsələlərə dair məlumat verib. Bildirilib ki, qanunlara təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə daşıma xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabətin qarşısının alınması, daşımaların təhlükəsizliyinin, əməyin mühafizəsinin təmin olunması məqsədi daşıyır. Qanun layihələrində həm ölkə daxili, həm də beynəlxalq yük daşımalarına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur.

Komitə sədri xatırladıb ki, 2016-cı ildən ölkədə sərnişin daşıma və yükdaşımalara görə icazə və lisenziya sistemi ləğv edilib. Ötən 7 ilə yaxın dövr ərzində sərnişindaşıma və yükdaşımada yaranan mövcud vəziyyət, neqativ hallar barədə deputatlara məlumat verən komitə sədri qeyd edib ki, hazırda icazə kimi müəyyən olunan "Fərqlənmə nişanı" praktikada yalnız fiskal alət rolunu oynayır. Qanunvericilikdə avtonəqliyyat vasitələrinə və sürücülərə dair tələblərin olmasına baxmayaraq bu tələblər icazə kimi “Fərqlənmə nişanı”nın şərtləri olaraq müəyyən edilməyib. Həmçinin daşıyıcıların vahid uçotu mövcud deyil, taksi sifarişi operatorlarının fəaliyyəti isə ümumiyyətlə tənzimlənmir.

Qanun layihələrində yuxarıda sadalanan bu çatızmazlıqların aradan qaldırılması üçün təklif olunan yeni mexanizmlərdən danışan komitə sədri diqqətə çatdırıb ki, sərnişin və yük daşımalarında istifadə edilən rəqəmsal alətlər və reallıqlar qanunda əks olunub. Qanunda daşıyıcı, onun avtomobili və taksi sifarişi operatoru bir-birindən fərqləndirilir və icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir.

İcazələrin qüvvədə olma müddətinin 7 il müəyyən edildiyini deyən komitə sədri bunun üçün nəzərdə tutulan dövlət rüsumlarından danışıb. Vurğulayıb ki, sərnişin daşıyıcıları üçün buraxılış vəsiqəsi rüsumu 7 ilə 125 manat, buraxılış kartı rüsumu da 7 il üçün 25 manat müəyyən olunub ki, bunu da aylar üzrə böləndə, olduqca kiçik rəqəm təşkil edir.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 9-cu və 11-ci məsələləri - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinin mahiyyəti barədə danışıb. Deputat qanun layihələrində taksi sürücülərinin əməyinin mühafizəsi, sərnişinlərin mənafeyinin qorunması, operatorların məsuliyyətinin artırılması istiqamətində dəyişikliklərin təklif edildiyini söyləyib.

Sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən qayda və icazələrin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutur.

"Yol hərəkəti haqqında" Qanunda dəyişikliklə bağlı layihə "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

Tahir Mirkişili rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu iki qanun layihəsi barədə müsbət rəy verdiyini söyləyib.

Sonra təqdim olunan gündəliyin son 6 məsələsi ətrafında müzakirələr aparılıb.

Sonra çıxış edən deputatlar qanunlarda nəzərdə tutulan dəyişikliklər barədə fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər. Onlar qanun layihələrinin ölkənin nəqliyyat sektorunun işinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini söyləyiblər.

Komitə sədri Tahir Mirkişili və iclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov verilən sualları ətraflı cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin yekununda təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib