Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri: Azərbaycanın təşəbbüslərinə Türkmənistanın dəstəyini yüksək qiymətləndiririk

Bakı, 7 dekabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Milli Məclisin sədri olaraq Türkmənistana ilk rəsmi səfərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Əsrlər boyu sülh şəraitində yaşamış xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Son illərdə dövlət başçılarımızın qətiyyəti sayəsində siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələri əhatə edən ikitərəfli əlaqələrimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu gün ölkələrimizdə bir sıra sahələr üzrə görülən işlər, həyata keçirilən layihələr nəinki ikitərəfli əlaqələrimizin güclənməsinə töhfə verir, eyni zamanda regionumuzda və daha geniş məkanda sabitliyə, rifaha, davamlı inkişafa və əməkdaşlığa xidmət edir.

Ölkələrimiz təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri fürsətdən istifadə edərək, bir neçə gündən sonra qeyd olunacaq Türkmənistanın neytrallığının beynəlxalq aləmdə tanınmasının növbəti ildönümü münasibətilə qardaş Türkmənistan xalqını təbrik edib. O bildirib ki, BMT-nin Türkmənistanın neytrallığını tanıyan qətnaməsinə Azərbaycan da həmmüəllif kimi qoşulub. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın neytrallıq statusunun əhəmiyyətini qeyd edərək, Türkmənistanın müstəqil xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın təmsilçiləri olaraq, biz parlament üzvlərini də mövcud əlaqələrimizi daha da genişləndirməyə təşviq edir. Bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşləri, dostluq qruplarımızın birgə fəaliyyəti insanlarımız arasında əlaqələrin güclənməsinə və ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə töhfə verir. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşinin Xalq Məsləhəti arasında imzalayacağımız əməkdaşlıq haqqında Memorandum da məhz bu məqsədə xidmət edir.

Milli Məclisin sədri bildirib ki, parlament diplomatiyasının əhəmiyyətinin artdığı indiki dövrdə beynəlxalq parlament təşkilatları çərçivəsində işbirliyi də xüsusi aktuallıq qazanır. Parlament nümayəndə heyətlərimiz Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, ATƏT Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin noyabrında Madrid şəhərində yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlamentlərimiz arasında çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli platformadır.

Azərbaycan parlamentinin rəhbəri iclas iştirakçılarına Azərbaycanın bugünkü reallıqları barədə məlumat verib. O bildirib ki, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament respublikası yaratsa da, bu respublika cəmi 23 ay yaşadı. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. İlk illərdə gərgin siyasi-iqtisadi vəziyyət, vətəndaş müharibəsi təhlükəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı səbəbindən ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Yalnız Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük təcrübəsi və uzaqgörən siyasəti sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlaya bildi, dövlətçiliyin əsasları formalaşdırıldı və iqtisadi inkişafı təmin edən mühüm layihələr həyata keçirildi. Hazırda Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və əldə olunan uğurların təməlində məhz bu amil dayanır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək 3 dəfədən çox artıb. Qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet kimi müəyyən edilib. Aparılmış sosial-iqtisadi islahatlar nəticəsində işsizlik təqribən 6 faizədək azalıb, yoxsulluq səviyyəsi isə 49 faizdən təqribən 5 faizə enib. Ümumilikdə, Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Enerji sektorunda düşünülmüş strategiya, irihəcmli investisiyalar və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi neft və qaz layihələrinin həyata keçirilməsi ilə Azərbaycan etibarlı enerjisi ixracatçısına çevrilərək, öz tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verir.

Ölkəmizdə ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biridir.

Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil siyasət həyata keçirir. Azərbaycanın irəli sürdüyü bütün təşəbbüslərin mərkəzində sülh, təhlükəsizlik və əməkdaşlıq məqsədləri dayanır. Azərbaycan 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının səviyyəsini nümayiş etdirir. Hazırda Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycanın müasir dövrün çağırışlarına qarşı mübarizədə qlobal həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslərə Türkmənistanın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk.

Spiker Sahibə Qafarova çıxışında qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddət ərzində qonşumuz Ermənistanın işğalı altında qalmışdı. Təəssüflər olsun ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri yerinə yetirilməmişdir.

İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub. Ermənistanın apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək yüzlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirib. Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın azərbaycanlı hələ də itkindir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edərək öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin edib.

Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanılıb.

Həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olub və yaralanıb. Ermənistan işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməkdən hələ də boyun qaçırır, əksinə ərazilərimizdə mina basdırmağa davam edir.

İşğal qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılmasını və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişini imzalamasını təklif edib. Təəssüf ki, Ermənistan hələ də öz destruktiv addımları və ziddiyyətli bəyanatları ilə bu prosesə əngəl törədir və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan indiyə kimi öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməkdən imtina edir. Halbuki Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək Zəngəzur dəhlizi bütün regiona fayda gətirəcək.

Ermənistan bu cür davranışlardan çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Çıxışının sonunda Milli Məclisin sədri bir daha Azərbaycan-Türkmənistan əlaqələrinə toxunaraq bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, gündən-günə genişlənən əməkdaşlıq əlaqələri bizləri olduqca məmnun edir. Bizlər də parlament üzvləri olaraq bu əlaqələrin bundan sonra da möhkəmləndirilməsi üçün səylərimizi artırmalı, həmrəyliyimizi və birgə fəaliyyətimizi daha da gücləndirməliyik. Çünki bu, xalqlarımızın iradəsindən qaynaqlanır və ölkələrimizin mənafelərinə xidmət edir.

Çıxışına yekun vuran Azərbaycan parlamentinin rəhbəri Türkmənistana sülh, firavanlıq və tərəqqi arzularını çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb