Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]