Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxış edib

Moskva, 23 sentyabr, AZƏRTAC

Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Rusiyaya səfərə dəvət üçün Federasiya Şurasının Sədri Valentina Matviyenkoya təşəkkürünü bildirən Milli Məclisin Sədri Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Hazırda prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini vurğulayıb.

Parlamentin Sədri bildirib ki, müasir dövrdə Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Xüsusi olaraq qeyd edilib ki, Rusiya ticarət sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu iki dövlətin regionları arasında əməkdaşlığın coğrafiyası gündən-günə genişlənir. Bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri olan Dağıstan və Tatarıstanla, Həştərxan, Saratov, Sverdlovsk, Ulyanovsk, Yekaterinburq, Vladimir, Volqoqrad və digər vilayətlərlə fəal əməkdaşlıq edir. Xüsusilə, Azərbaycanla Rusiya arasında humanitar sahədə səmərəli əməkdaşlıq böyük məmnunluqla qeyd edilməlidir. Dövlət başçılarımızın təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu son illər iki dövlətin humanitar əlaqələri sahəsində əsas hadisələrdən birinə çevrilib.

Qeyd edilib ki, ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıbdır. Azərbaycanda Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Respublikanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır, ali məktəblərin əksəriyyətində rus dilində şöbələr var. Bakıda 1920-ci ildən - 100 il bundan öncə açılışı olmuş Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir.

Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkədə Cənubi Qafqazda ən böyük - 120 mindən çox üzvü olan rus icması fəaliyyət göstərir. Bu icmaya altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelin başçılıq edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində rus icmasının fəaliyyətini yüksək dəyərləndirərək deyib: “Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlamışdır. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”. Ölkələrimiz arasında məhsuldar humanitar əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi yeri var.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında hər iki ölkənin parlamentləri də fəal iştirak edirlər. Hazırda ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələr “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin müddəalarına əsaslanır. Bu sənədə əsasən, daimi əməkdaşlıq üzrə parlamentlərarası komissiya yaradılıb. Hər iki ölkənin parlament sədrlərinin ənənəvi qarşılıqlı səfərləri və dostluq qruplarının fəaliyyəti dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə xüsusi töhfə verir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. Xatırlatmaq istərdim ki, AŞPA-da Rusiyanı bu beynəlxalq qurumda səsvermə hüququndan məhrum edən qətnamə layihəsi səsə qoyularkən Azərbaycan nümayəndə heyəti tam heyətdə bu sənədə qarşı səs verən azsaylı nümayəndə heyətlərindən biri olubdur.

Sahibə Qafarova öz çıxışında deyib ki, bizim ölkələrimizi ümumi tarixə malik olmağımız da birləşdirir. 75 illiyini bu il qeyd etdiyimiz faşizm üzərində böyük Qələbə də məhz bu qəbildəndir. Sədr vurğulayıb ki, ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı oldu.

“Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim Almaniya uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Azərbaycan parlamentinin Sədri ən yaralı yerimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.

Milli Məclisin Sədri Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs edərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə - BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. Biz belə hesab edirik ki, münaqişə dövlətlərin ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Hesab edirik ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək məqsədilə oradan qovulmuş Azərbaycan əhalisini öz daimi yaşayış yerlərinə geri qaytarmaq və onların erməni əhalisi ilə bərabər şəkildə məişətini və təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq bundan sonra hər hansı bir statusun verilməsindən danışmaq olar. Azərbaycan tərəfi ölkənin bu bölgəsinin hər iki icmasının faydalanacağı bütün zəruri tədbirləri həyata keçirməyə hazırdır. Sizin də anladığınız kimi, bu mərhələyə keçmək üçün əsas maneə ərazilərimizin işğalıdır. Onu da qeyd etmək istəyirəm ki, bu gün burada nümayəndə heyətimizin tərkibində Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak edir. Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur.

Sədr vurğulayıb ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək.

Çıxışına davam edərək S.Qafarova deyib ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur. Biz ümid edirik ki, əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxışının sonunda əminliklə bildirdi ki, Azərbaycanla Rusiya arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davamlı olaraq möhkəmlənəcək, ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib