Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə açıq ölkə çempionatının qalibləri müəyyənləşib
Bakı, 1 dekabr, AZƏRTAC
Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə açıq Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kişilər arasında P-1 kateqoriyasında
Kamran Zeynalov bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Vladislav Kalmıkov gümüş, Rafiq Əliyev isə bürünc medal qazanıblar.
Qadınlar arasında P-2 kateqoriyasında isə Lalə Mirzəzzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yelena Taranova yarışı ikinci, Aybəniz Babayeva isə üçüncü pillədə başa vurublar.