Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib

Bakı, 11 dekabr, AZƏRTAC

Milli Təhlükəsizlik Nazirliyində (MTN) ümummilli lider Heydər Əliyevin xatirəsinin anım tədbirləri keçirilib.

MTN-nin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildiriblər ki,

general-polkovnik Eldar Mahmudov və Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, nazirliyin xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, Heydər Əliyev haqqında söz demək məsuliyyətli və çətin olduğu qədər də şərəflidir. Çünki Heydər Əliyev əsrimizin zirvəsi, xalqımızın lideridir. Ulu Öndərin həyat və fəaliyyəti haqqında yüzlərlə kitab, minlərlə məqalə yazılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Heydər Əliyev fenomeni, mənəvi irs xəzinəsi tükənməzdir. Nə qədər müraciət etsən də, gələcək nəsillərə çatdırsan da, bitib tükənməyəcək, daim nur saçacaq.

Ulu Öndərin xarakterik xüsusiyyətlərindən və iş prinsiplərindən söz açan Z.Yusifzadə qeyd edib ki, taleyin qisməti ilə o, ömrünün yarıdan çoxunu Heydər Əliyevin rəhbərliyi altında işləyib. Ulu Öndərin dahiyanə şəxsi və insani keyfiyyətlərinin, tükənməz təşkilatçılıq qabiliyyətinin bilavasitə iş prosesində şahidi olub. Ümummilli lider Heydər Əliyev istər sıravi və istərsə də rəhbər vəzifələrdə işləyəndə daim öz nizam-intizamı, işə tələbkarlığı ilə seçilirdi. O, əsl zabit kimi tabeçiliyində olanlara nümunə göstərirdi. Başqaları ilə yanaşı, özünə qarşı da tələbkar olduğundan bu, xeyirxahlığı kimi, müsbət qarşılanır, təbii qəbul edilirdi. Səbəb isə Heydər Əliyev şəxsiyyətidir, onun təbiətdən gələn, millətinə, Vətəninə dərin məhəbbətini göstərən yüksək keyfiyyətləridir.

Natiq bildirib ki, hər bir xalq onun mentalitetini özündə əks etdirən, qəhrəmanlarının məziyyətlərini özündə daşıyan şəxsiyyətləri lider kimi görmək istəyir. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının önəm verdiyi bu yüksək dəyərlərin daşıyıcısı idi. Səbirli və tədbirli olduğu qədər də, cəsarətli və qətiyyətli, sözü ilə əməli bir olan bütöv insan idi. Heç vaxt geri çəkilməzdi, dünyada heç bir qüvvə onu öz yolundan döndərə bilməzdi. Vətən sevgisi, millət təəssübkeşliyi onun canında, qanında idi. Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyəndə də milli ziyalıları cəsarətlə müdafiə edir, onları hər cür təqib və təzyiqlərdən qoruyurdu. Azərbaycana birinci rəhbərliyi dövründə qapalı sistemin qadağalarına baxmayaraq, cəmiyyətdə saflığın və düzgünlüyün müdafiəsinə qalxmışdı. Heç bir şeydən çəkinmədən həqiqəti deyirdi. Çünki təbiətən haqq-ədalət tərəfdarı idi. Sovet İttifaqı rəhbərliyində təmsil olunanda, Moskvada işləyəndə də Azərbaycanı daim müdafiə edir, respublikanın problemlərini qabardır, həllinə nail olmaq istəyirdi. Buna görə də Azərbaycan xalqı onu sevir, dəstəkləyirdi. Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti də Ümummilli Liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən, dahi şəxsiyyət olduğunu təsdiqləyən əsas amillərdən biri də daim Azərbaycanın gələcəyini düşünməsi, onun siyasətini davam etdirməyə, arzularını, ideyalarını gerçəkləşdirməyə qadir olan İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona inanması və etimad göstərməsidir. Azərbaycan xalqı da Ümummilli Liderin bu etimadını yüksək dəyərləndirdi və millətin, dövlətin taleyini təyin etmək kimi məsuliyyətli vəzifəni İlham Əliyevə etibar etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu gün öz şərəfli işi, yorulmaz fəaliyyəti ilə Ümummilli Liderin və xalqın ona olan inamını, etimadını şərəflə doğruldur. Nəticələr göz önündədir. Hazırda bütün dünyada iri miqyaslı qarşıdurmaların, iqtisadi böhranların baş verdiyi bir zamanda, Azərbaycan xalqı öz taleyindən arxayındır, sabaha inamla baxır. Çünki Azərbaycanın bu günü, sabahı etibarlı əllərdədir. Prezident İlham Əliyev bu cür mürəkkəb zamanda ölkəyə bacarıqla başçılıq edir, Azərbaycanı iqtisadi böhranlardan qoruyaraq irəli, inkişafa və rifaha doğru aparır. Respublikamız dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən, yenilikçi və islahatçı ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

General-leytenant Ziya Yusifzadə qeyd edib ki, Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq”. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin də əsas hədəfləri budur: xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq normalar əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır.

Tədbirdə çıxış edən Akademiyanın kafedra rəisi A.İsmayılov, dinləyici A.İsalı, kursantlar E.Qeybullasoy və İ.Əzizli ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıblar. Ulu Öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir