Millimiz Avropa çempionatında mübarizəyə Çexiya yığması ilə oyunla başlayacaq
Bakı, 24 yanvar, AZƏRTAC
Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupunun oyunları Almaniyada keçiriləcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.
Millimiz avqustun 18-də Çexiya, ertəsi gün Almaniya, ayın 20-də isə Türkiyə seçməsi ilə qarşılaşacaq. Voleybolçularımız avqustun 22-də Yunanıstan, ertəsi gün isə İsveç ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]