MİNGƏÇEVİR BƏLƏDİYYƏSİ AHILLARIN İSTİRAHƏTİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADIR
Mingəçevir şəhər bələdiyyəsindən AZƏRTAC-a bildirmişlər ki, yaşlı nəslin mənalı istirahətini təmin etmək üçün parklarda hər cür şərait yaradılır.
Belə ki, ahılların ən cox istirahət etdiyi “Qocalar bağı”nda abadlıq və yenidənqurma işləri aparılmışdır. Burada fəvvarə, “Şəhidlər” bulağı və inzibati bina əsaslı təmir edilmiş, yeni yaşıllıq zolağı salınmışdır. Parkdakı elektrik və kommunikasiya sistemi də yenidən qurulmuşdur.