Mingəçevir Dövlət Universitetində “Novruzun sədaları” adlı tədbir keçirilib






Bakı, 19 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə “Novruzun sədaları” adlı tədbir keçirilib. Tədbir MDU-nun həyətində təşkil olunub və universitetin şəhid məzunlarının ailə üzvləri, İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşlar, tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərimizin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açılışında MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə universitetin bütün üzvlərini təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda Novruz tonqallarının alovlanması bizə böyük sevinc və qürur verir.
MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşı, filologiya üzrə elmlər doktoru, dosent Namaz Manafov Novruz bayramının tarixi, adətləri və ənənələri barədə ətraflı məlumat verib.
Tədbirdə MDU-nun gənc əməkdaşları və tələbələri tərəfindən Novruz bayramına həsr olunmuş musiqilər, rəqslər və səhnəciklər nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [21:26]
Milli Depozit Mərkəzi ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 25.04.2025 [18:36]
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
- 25.04.2025 [18:14]
GDU-da tədbir: “Qan donorluğu, donor seçimi kriteriyaları”
- 25.04.2025 [17:53]