Minifutbol üzrə ölkə çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk qarşılaşmada “Qarabağ” və “Odlar yurdu” komandaları görüşüb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hesab açılmayıb - 0:0.
Son çempion “Birbaşa Bakı” komandası “Qalaksi Şuşa”nı 2:0 hesabı ilə məğlub edib.
Turnir cədvəlini lider kimi tamamlayan “Zirə” ilk oyunda “Veteran”a 7:1 hesabı ilə qalib gələrək böyük üstünlük qazanıb.
Sonuncu matçda “Bakı” və “Real” komandaları üz-üzə gəliblər. “Bakı” futbolçuları rəqibini 5:3 hesabı məğlub ediblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 11-də Bakı Tennis Akademiyasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]