RƏSMİ XRONİKA
MİNİMUM AYLIQ ƏMƏK HAQQININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əmək haqqının məbləği 2008-ci il yanvarın 1-dən 60 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1895 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 1, maddə 18) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2007-ci il.