MİQ imtahanlarının keçiriləcəyi mərkəzlər açıqlanıb
Bakı, 8 iyul, AZƏRTAC
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.