MİQ üzrə növbəti apellyasiya müraciətlərinə start verilib
Bakı, 17 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.
Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]