Mişel d’Esker: Həmrəylik Günü ilə əlaqədar Parisdə azərbaycanlı dostlarımızla birlikdə olmaqdan şadam
Paris, 23 dekabr, AZƏRTAC
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günündə dostlarımızın yanında olmaqdan, onların xoş anlarını bölüşməkdən şadam. Harada olmasından asılı olmayaraq, xalqın bütün üzvlərini birləşdirən belə bir bayramın təsis edilməsi müdrik addımdır. Uzun illərdir ki, Azərbaycan səfirliyi ilə əlaqələrimiz var.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş tədbirdə Mişel d’Eskerre deyib.
Səfirliyin Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi bütün tədbirlərə böyük məmnuniyyətlə qoşulduğunu söyləyən həmsöhbətim bildirib ki, Mədəniyyət Mərkəzində keçirilən tədbirlər fransızlara mədəniyyətimizi və tariximizi yaxından tanıdır.
“Çox gözəl ölkəniz var. Xalqınız qonaqpərvərdir. Azərbaycanın zəngin mədəniyyəti ilə yaxından maraqlanıram və onu sevirəm”, -deyə M. d’Esker vurğulayıb.
Fransa-Azərbaycan Universitetindən (UFAZ) söz açaraq bu ali təhsil ocağının yaradılmasını böyük layihə kimi dəyərləndirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris