Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb
Qahirə, 25 mart, AZƏRTAC
Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb. Martın 24-də İsgəndəriyyə şəhərinin 54 yaşlı qadın sakini COVID-19 virusundan həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed son bir gündə virusa daha 36 yoluxma halının qeydə alındığını bildirib. O əlavə edib ki, bu günədək ölkədə 402 nəfərdə COVID-19 virusu aşkar edilib.
Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Meqahed əlavə edib ki, martın 24-də 12 nəfər, o cümlədən üç əcnəbi xəstə müalicə olunaraq evə buraxılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]