Misirdə koronavirusdan ölənlərin sayı 24 nəfərə çatıb
Qahirə, 27 mart, AZƏRTAC
Misirdə COVID-19 xəstəliyindən ölənlərin sayı 24 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib. O qeyd edib ki, son iki gündə koronavirusdan dünyasını dəyişən üç nəfər - 60 yaşlı qadın, 72 və 78 yaşlı kişilər Qahirə sakinləridir.
Nazirliyin rəsmisi əlavə edib ki, martın 26-da ölkədə koronavirusa 39 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 495 nəfərə çatıb. Yeni virus daşıyıcılarından biri Liviya vətəndaşı, qalanları yerli sakinlərdir. Eyni zamanda, ötən gün altı misirli və bir əcnəbi xəstəlikdən müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 102 nəfərdir.
X.Meqahed əlavə edib ki, xəstələrin təcridi və müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]
Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək
- 23.06.2026 [15:34]
Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır
- 23.06.2026 [15:27]
İran Prezidenti Pakistanda danışıqlar aparacaq
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Bülbülün ev-muzeyi ilə tanışlıq
- [14:52]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]