“MİSİRDƏ VƏ AZƏRBAYCANDA UNİVERSİTET TƏHSİLİ”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış alim və təhsil işçilərinin, ayrı-ayrı universitet nümayəndələrinin iştirak etdikləri tədbirdə mərkəzin attaşesi Samiyə Əbdəl-Hakəm çıxışında Misirin təhsil sistemi və onun inkişaf yolu haqqında geniş məlumat vermişdir. O, hazırda öz ölkəsində 13 dövlət, 7 özəl universitetin, 4 akademiyanın və ixtisaslaşdırılmış çoxlu digər ali təhsil ocaqlarının olduğunu, həmin təhsil müəssisələrində tələbə və aspirantlar üçün əlverişli şərait yaradıldığını bildirilmişdir.
Azərbaycan Təhsil Nazirliyi xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Qulu Novruzov ölkəmizin təhsil sisteminin inkişafında, onun dünyaya inteqrasiyasında ümummilli liderimiz, Prezident Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev və başqaları Azərbaycan ilə Misir arasında təhsil əlaqələrinin inkişafının vacibliyindən və əhəmiyyətindən danışmış, bununla bağlı fikir və mülahizələrini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]