ELM VƏ TƏHSİL
“MİSİRDƏ VƏ AZƏRBAYCANDA UNİVERSİTET TƏHSİLİ”
AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, tanınmış alim və təhsil işçilərinin, ayrı-ayrı universitet nümayəndələrinin iştirak etdikləri tədbirdə mərkəzin attaşesi Samiyə Əbdəl-Hakəm çıxışında Misirin təhsil sistemi və onun inkişaf yolu haqqında danışmışdır. O, hazırda öz ölkəsində 13 dövlət, 7 özəl universitetin, 4 akademiyanın və ixtisaslaşdırılmış çoxlu digər ali təhsil ocaqlarının olduğunu, təhsil müəssisələrində tələbə və aspirantlar üçün əlverişli şərait yaradıldığını bildirilmişdir.
Azərbaycan Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Qulu Novruzov ölkəmizin təhsil sisteminin inkişafında, onun dünyaya inteqrasiyasında ümummilli liderimiz, Prezident Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır.
Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev və başqaları Azərbaycan ilə Misir arasında təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətindən danışmış, bununla bağlı fikir və mülahizələrini söyləmişlər.