Misirin Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb
Qahirə, 23 fevral, AZƏRTAC
Misirin Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili şöbəsində Azərbaycan dilinin tədrisinə yenidən başlanılıb.
AZƏRTAC xəbər verir ki, dərslər Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Fakültənin 2-ci və 3-cü kurslarında təhsil alan 500-ə yaxın tələbə Azərbaycan dilini maraqla öyrənir. Ana dilimizi Misirdə Azərbaycan diasporunun fəalı İnarə Osmanova tədris edir.
Xatırlayaq ki, Misirin bir neçə universitetində Azərbaycan dili tədris olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
- 30.09.2026 [16:02]