Azərbaycan Dövlət İnformasiya Agentliyi

Misirin “Əl-Masr Əl-Yaum” qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Misirin “Əl-Masr Əl-Yaum” qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc olunub

Qahirə, 5 may, AZƏRTAC

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin bu ölkənin geniş oxucu kütləsinə malik “Əl-Masr Əl-Yaum” qəzetində “Torpaqlarımız işğal olunub... Onu qaytarmağa bizim haqqımız var” sərlövhəli müsahibəsi dərc edilib.

Müsahibədə Ş.Abdullayev son illərdə ölkəmizin böyük iqtisadi nailiyyətlər əldə etməsindən danışıb. Diplomat Azərbaycan iqtisadiyyatının neft və qaz sektorunun gəlirləri hesabına sürətlə inkişaf etdiyini vurğulayaraq Davos İqtisadi Forumunun 2014-2015-ci illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycanın 144 ölkə arasında 38-ci yerdə qərarlaşdığını söyləyib.

Azərbaycanın cari ilin iyununda ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini vurğulayan səfir 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununun da ölkəmizdə keçiriləcəyini bildirib.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanın müstəqilliyini bərpa etdiyini, lakin həmin dövrdə ölkəmizin bir çox çətin sınaqlarla üzləşdiyini, xüsusilə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, torpaqlarımızın 20 faizinin hələ də düşmən tapdağı altında olduğunu bildirən Ş.Abdullayev erməni işğalı nəticəsində aralarında qadın, uşaq, yaşlı da olan minlərlə soydaşımızın qətlə yetirildiyini, Azərbaycana aid tarixi, mədəni və dini abidələrin məhv edildiyini xatırladıb.

Müsahibədə, həmçinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün doğma torpaqlarına qaytarılmasını tələb edən dörd qətnaməsinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanıb.

Səfir, eyni zamanda, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bəzən bir ölkəyə münasibətdə dərhal tətbiq olunmasının, digər ölkəyə qarşı isə tətbiq edilməməsinin narahatlıq doğurduğunu və bunun ikili standartlara gətirib çıxardığını bildirib.

Ermənistanın işğalçılıq siyasətinin arxasında duran məqamlara aydınlıq gətirən Ş.Abdullayev ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasında olduqlarını vurğulayaraq belə bir iddianın tarixi reallığa söykənmədiyini oxucuların diqqətinə çatdırıb.

Təmas xəttində gərginliyin artması hallarının baş verməsi barədə suala cavab verən Ş.Abdullayev Ermənistan silahlı qüvvələri tərəfindən cəbhəboyu zonada tez-tez atəşkəsin pozulmasının müşahidə edildiyini, lakin düşmənin Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulduğunu qeyd edib. Səfir işğal altındakı torpaqlarımızı qaytarmağın Azərbaycanın haqqı olduğunu, eyni zamanda, həmin torpaqların Azərbaycanın əzəli ərazisi olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibət bildirən səfir Azərbaycanın bu problemin ATƏT-in Minsk qrupu vasitəsilə sülh yolu ilə həllinə üstünlük verdiyini qeyd edib. Diplomat ölkəmizin hərbi qüdrətinin artdığını, müdafiə xərclərinin 4,6 milyard ABŞ dolları təşkil edərək Ermənistanın ümumi büdcəsindən iki dəfə çox olduğunu vurğulayıb.

Ş.Abdullayev Azərbaycanın 1990-cı illərdə çox ağır vəziyyətdə olduğuna toxunaraq, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmənçilik və işğalçı mövqeyi, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunması, bir tərəfdən bir milyondan çox qaçqın və məcburi köçkünün tarixi torpaqlarından çıxarılması, digər tərəfdən isə Sovet İttifaqının dağılmasından sonra ölkənin iqtisadi böhrana düçar olması və xarici dövlətlərin təzyiqlərinə məruz qalması barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 1993-cü ildə Azərbaycanı bu böhrandan çıxarmaq üçün xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə dinamik inkişaf yoluna qədəm qoyub, qısa zamanda dövlətçiliyin əsasları gücləndirilib, atəşkəslə bağlı razılaşma əldə olunub.

Səfir Azərbaycanın iqtisadi inkişafında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli neft strategiyasının önəmini xüsusi vurğulayıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə dünyanın nüfuzlu şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Səfir, həmçinin son illər ərzində ölkədə işsizliyin və yoxsulluğun səviyyəsinin xeyli dərəcədə aşağı düşdüyünü, əmin-amanlığın və siyasi sabitliyin təmin olunduğunu, Azərbaycanın investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrildiyini bildirib.

Dünyada baş verən terror hadisələrinə münasibət bildirən səfir Azərbaycanın da bu bəladan əziyyət çəkən ölkə olduğunu qeyd edib. O, 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən törədilən 33 terror aktı nəticəsində iki min azərbaycanlının, o cümlədən 1994-cü ildə Bakı metrosunda törədilmiş terror hadisəsi nəticəsində 309 şəxsin həlak olduğunu vurğulayıb. Diplomat, həmçinin ölkəmizin terrorla mübarizədə beynəlxalq ictimaiyyətlə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://today.almasryalyoum.com/printerfriendly.aspx?ArticleID=463106

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır