Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq. Hazırda “İmişli” 19 xalla 9-cu, “Şamaxı” isə 24 xalla 8-ci pillədə qərarlaşıb.
Günün son oyununda “Sabah” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. 49 xalı olan Bakı klubu turnir cədvəlinə başçılıq edir. Gəncə təmsilçisi isə 13 xalla 11-cı sırada yer alıb.
Qeyd edək ki, XXI turun əvvəlki oyunlarında “Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” - “Qəbələ” matçında qapılara qol vurulmayıb – 0:0. Turun “Neftçi” – “Qarabağ” görüşü isə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
- 07.06.2026 [18:57]
Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]