Misli Premyer Liqasında VIII tura 2 oyunla start verilir
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında VIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə “Kəpəz” arasında olacaq. Görüş saat 14:30-da başlayacaq. Yeddi turdan sonra “Şamaxı” 9 xalla 7-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncu, yəni 12-ci sırada yer alıb.
Digər matçda isə “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. Hazırda Tovuz təmsilçisi 15 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən Ağdam klubu isə 13 xalla üçüncü pilləni tutur.
Qeyd edək ki, turun digər qarşılaşmaları oktyabrın 18-19-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]