Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Hessin etiraz məktubu: Almaniya mətbuatında Qarabağ haqqında yanlış terminologiya əfsanəsi kök salıb...

Bakı, 16 avqust, AZƏRTAC

Almaniyanın həftəlik “Die ZEIT” qəzeti avqustun 10-da həmmüəllifləri Alise Bota və Maria Mitrov olan “Dünyanın unutduğu: Dağlıq Qarabağ” adlı məqalə nəşr edib: https://www.zeit.de/2023/34/bergkarabach-aserbaidschan-armenien-hunger-versorgung

Yoxlanılmamış məlumatlar, yanlış terminologiya, Azərbaycana və onun rəhbərliyinə qarşı əsassız və ədalətsiz ittihamların yer aldığı məqalədə birtərəfli olaraq Ermənistanın və erməni separatçıların mövqeyindən yazılıb. Məqalədə iddia olunur ki, “Bir aydır Azərbaycan Qarabağı əsl aclığa məruz qoyub. Hamilələr müayinə olunmadığından qüsurlu doğulanların statistikası artıb, sahibləri özlərinin yeməyi olmadığından hətta itlərini və pişiklərini küçəyə atıblar”. Müəlliflər canfəşanlıq göstərərək, qış aylarında nə vaxtsa, haradasa, hansısa müəllimənin qış paltosunda çəkilmiş şəklini də avqust ayında nəşr olunan məqaləyə əlavə ediblər ki, guya “Azərbaycan Artsaxın yeganə qaz kəmərini blokadaya aldığından məktəblərdə sobaları odunla isidirlər”?! Hətta onlar baş verənləri yerli sakinlərlə söhbət əsasında “soyqırımı, genosid və etnik təmizləmə” adlandırmağa qədər həyasızlığa əl atıblar.

AZƏRTAC xəbər verir ki, almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı, “Şuşanın irsi” kitabının müəllifi Dr.Mixael Raynhard Hess “Die Zeit” qəzetinin redaksiyasına müfəssəl və əsaslandırılmış etiraz məktubu göndərib və onu özünün feysbuk səhifəsində paylaşıb.

Dr. Hess yazır ki, məqalənin elə ilk cümləsində “Dağlıq Qarabağ anklavı” sözünün işlədilməsi məqalənin hansı mövqedən yazıldığını açıqlayır: “Qarabağ bütün hissələri, o cümlədən dağlıq hissəsi ilə Azərbaycan dövlətinin ərazisidir. Hətta erməni separatçıların qondarma qurumunun sponsoru Ermənistanın da heç vaxt anklav kimi qəbul etmədiyi ərazini necə anklav adlandırmaq olar?! “Dağlıq Qarabağ anklavı” əfsanəsinin hansı mənbədən götürüldüyü məlum deyil. Amma bundan, “Spiegel” də daxil olmaqla, Almaniyanın bütün aparıcı media subyektləri istifadə edir. Maraqlı tərəflərdən birinin yoxlanılmamış məlumatlarını necə yaymaq olar?”

Dr. Hess alman mətbuatında kök salmış digər bir neqativ praktikanı, özünün müşahidə və mütaliəsi sayəsində, sərt qınayır: “Dörd ildir ki, aparıcı alman KİV-lərində praktiki olaraq bir dənə də məqalə nəşr edilməmişdir ki, orada ermənilərin və hətta vaxtaşırı separatçıların da mövqeyi ilə yanaşı, Azərbaycanın da baxışlarına yer verilsin”. Müəlliflər sosial mediaya bir neçə dəqiqəlik nəzər salsaydılar görərdilər ki, “Ermənistanın təcavüzü və işğalı nəticəsində azərbaycanlılar mal və mülkünü, sağlamlığını necə itirmişlər. Otuz illik didərgin həyatından sonra 44 günlük müharibə nəticəsində işğaldan azad edilmiş Qarabağa qayıdanlar erməni təcavüzkarların dağıdıcılıq fəaliyyətinin kədərli qalıqları ilə üzləşirlər”.

Dr.Hess məqalədəki “bu arada artıq tamamilə ermənilərin məskunlaşdığı anklav” fikrini, müəlliflərə 1989-cu il əhali statistikasını xatırlatmaqla, tənqid etmişdir: “Ovaxtkı Dağlıq Qarabağ muxtar vilayətinin əhalisinin 21 faizi, 40 min nəfəri azərbaycanlılar olublar və onlar təbii ki, göyə çıxmayıblar. Ermənistanın təcavüzü və zor tətbiqi nəticəsində öz evlərindən qovulublar. Azərbaycanlıların üzləşdiyi bu məşəqqət barədə isə müəlliflər heç nə demir. 1992-ci il fevralın 25-26-da Ermənistan Respublikasının sonradan müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın komandanlığı altında bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxs amansız şəkildə qətlə yetirildi və mülki əhaliyə qarşı kütləvi qırğın törədilməklə ən ağır müharibə cinayəti baş verdi. Yerinə düşər ki, Xocalı ilə İrpində və Buçada baş verənlər arasında paralellər aparılsın”.

Hazırda separatçıların əlində olan ərazilərdə Azərbaycanın dövlət nəzarəti tam bərqərar olduqdan sonra yerli erməni əhalinin təhlükəsizliyinə Azərbaycan vətəndaşı kimi zəmanət verilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ictimai şəkildə bəyan etmişdir. Azərbaycanın separatçıların məskunlaşdığı ərazilərdən kənar digər yerlərində də hazırda on minlərlə erməni yaşayır, öz dilində danışır, öz mədəniyyətini inkişaf etdirir. Əgər Azərbaycanın niyyəti erməniləri qovub çıxartmaq olsaydı, on minlərlə erməni indiyə qədər necə yaşaya bilərdi. Amma tam əksinə, Ermənistan tarixən orada yaşayan azərbaycanlıları 1987-ci ildə tam şəkildə qovduqdan sonra homogen dövlətə çevrilmişdir. Hazırda baş verənlərin “ermənilərə qarşı etnik təmizləmə ilə heç bir əlaqəsi yoxdur, söhbət əlində silah Azərbaycana qarşı çıxanların Azərbaycan qanunlarına, yaşadıqları dövlətin qanunlarına tabe etdirilməsindən gedir”.

Dr. Hess müəlliflərə məqalədə yol verdikləri boşluqlara və ziddiyyətlərə də diqqət yetirməyi tövsiyə etmişdir: “Siz yazırsınız ki, dekabr ayından blokada başladı, sonra da etiraf edirsiniz ki, Rusiya sülhməramlıları və Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri humanitar yardım gətirir, xəstələri daşıyır. Blokadaya alınmış yolda bunlar necə baş verə bilər? 23 aprel tarixində Azərbaycanın Ermənistanla dövlət sərhədində, öz ərazisində sərhəd məntəqəsi qurması separatçıların nəzarətində olan ərazilərə silah və qaçaqmalçılıqla yük daşınmasının qarşısını almaq məqsədi ilə edilmişdir. Libération/AFP və digər neytral mənbələrlə tanış olmaqla Azərbaycan mənbələrində yer alanların həqiqət olduğunu təsdiqləmək olar”.

Dr. Hess sonda “Die Zeit” kimi nüfuzlu bir mətbu orqanın belə ağır mövzuda yazarkən sensasiya axtarışında olduğuna görə müəlliflərə öz məyusluğunu bildirir: “Yazırsınız ki, “Rusiya Azərbaycanı silahlandırır”. Bu, nə deməkdir, Azərbaycanı Rusiyadan asılı müqəvva kimi təqdim etmək? Azərbaycan 1991-ci ildən müstəqil dövlətdir, silahlanma ilə bağlı gözləməməlidir ki, Rusiya və ya qeyrisi bunun üçün ona icazə versin? Məntiqlə yazmaq olar ki, “Rusiya və Hindistan da Ermənistanı silahlandırır”. Bütün bu cür söz seçimləri və yazının məqsədi odur ki, alman aparıcı mətbuatında kök salmış dominant mənzərəyə uyğun fikirlərdən kənara çıxılmasın: Qarabağdakı ermənilər günahsız qurbanlardır və azərbaycanlılar isə bədniyyətli pis adamlardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir