SİYASƏT
Mixail Mişustin: “Yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazda davamlı inkişafı təmin edəcək”
Moskva, 24 avqust, AZƏRTAC
Rusiya Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpasına, yeni infrastruktur marşrutlarının yaradılmasına tərəfdardır.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşündə söyləyib.
Baş nazir deyib ki, Rusiya ardıcıl olaraq Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistik əlaqələrin bərpasına tərəfdardır. “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarına uyğun olaraq, yeni infrastruktur marşrutlarının yaradılması, əminəm ki, regionun davamlı inkişafını təmin edəcək”, - deyə o bildirib.
M.Mişustinin sözlərinə görə, bu, regionda yaşayan insanlar arasında əlaqələri də möhkəmləndirər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [16:51]
Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var
- 28.06.2024 [15:02]
Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM
- 28.06.2024 [14:52]