MİXAİL ŞVIDKOY: ERMİTAJIN DİREKTORU SƏRT İNZİBATİ CƏZA ALACAQ
O qeyd etmişdir ki, indi Agentliyin əməkdaşları Piotrovskiyə müvafiq inzibati cəza verilməsi haqqında əmr hazırlayırlar. Bu əmr yaxın günlərdə imzalanacaq və çox sərt olacaqdır.
Şvıdkoy demişdir: “Həyatda möcüzələr olmur. Ermitajda və Rusiyanın digər muzeylərində yaranmış vəziyyəti sehrli çubuğun bir hərəkəti ilə bir göz qırpımındaca köklü surətdə düzəltməyin mümkün olacağını düşünənlər açıqca yanılırlar”. Bununla yanaşı, o vurğulamışdır ki, yaxşılığa tərəf dəyişikliklər, hər halda, var. Belə ki, son altı ildə Rusiya muzeylərində yoxlamalar aparılır. Üstəlik, vəsait ayrılmışdır və bu, muzey saxlanclarının müdafiə sistemini modernləşdirməyə imkan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]