Moldova KİV-ləri Prezident İlham Əliyevin separatçılara xəbərdarlığından yazıb
Kişineu, 19 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər Moldova mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “Noi”, “Timpul” informasiya portalları Prezident İlham Əliyevin müsahibəsindən materiallar yayıblar.
Məqalələrdə Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi, separatçılara xəbərdarlığı barədə fikirlərə geniş yer verilib.
Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev, həmçinin Ermənistana xəbərdarlıq da edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev